Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib.
"Unikal" xəbər verir ki, “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb. Bu barədə Şahin Şıxlinskinin oğlu vəkil Mutvalı məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həm atasını, həm də özünü saxlayıblar. Daha sonra Mutvalı azad edilib, Şahin Şıxlinski isə dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.
Mutvalı Şıxlinskinin fikrincə, saxlanılmanın səbəbi Yekaterinburqda iki azərbaycanlı qardaş - Səfərovların öldürüldüyü xüsusi əməliyyatla bağlıdır.
*** 21:53
Yekaterinburqda saxlanılan yerli Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid qismində tanınıb.
"Unikal" xəbər verir ki, bunu "RBK"ya onun oğlu Mutvalı Şıxlınski bildirib.
O bildriib ki, təhlükəsizlik qüvvələri onu və atasını şəhər ətrafında maşın sürərkən saxlayıb, onlara silah tuşlayıb və avtomobilin şüşələrini sındırmağa başlayıblar.