"Aidiyyəti olmayan adamın birdən-birə fəallaşmasını, sertifikasiya imtahanına qarşı çıxmasını anlamıram".

"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil"  mövzusunda keçirilən tədbirdə deyib. 

Nazir kimya fənnindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqlarına belə reaksiya verib: "Biz imtahanlardan sonra testləri təhlil edirik. Bu o demək deyil ki, kimsə bərkdən qışqırsa, biz ondan qorxub imtahanı ləğv edəcəyik. 

20 min müəllimi sertifikatlaşma etmişik. Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb, onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatkaşma prosesi düzgün deyil. Kimya fənninə gəlincə isə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bunu zamanla hamı öyrənəcək".

Ağarza Elçinoğlu