"COVID artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur".

"Unikal" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki, COVID tam olaraq bitməyib və gələcəkdə də həyatımızda olmağa davam edəcək:

”Buna görə də diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır".

O vurğulayıb ki, qrip virusları həyatımızın bir parçasıdır və hər il xüsusilə 65 yaşdan yuxarı insanlar üçün peyvəndlə bağlı tövsiyələr verilir.