İsmayıllıda 25 günlük körpə ölüb.
"Unikal" xəbər verir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.
25 gün əvvəl Bakı şəhərindəki xəstəxanaların birində qeysəriyyə üsulu ilə dünyaya gələn oğlan uşağı evdə valideynləri tərəfindən ölü halda tapılıb. Körpənin hansı səbəbdən öldüyü hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.