Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
TƏBİB-dən "Unikal"a verilən məlumata görə, 2004-cü il təvəllüdlü şəxsə sağ bud sümüyünün çıxığı diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilib.
2008-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, komatoz vəziyyət, beyin silkələnməsi diaqnoz təyin olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. 2004-cü il təvəllüdlü şəxsə isə qapalı-kəllə beyin travması, baş-beyin əzilməsi, üzün sağ nahiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu təyin olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***10:32
Qubada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
"Unikal"ın məlumatına görə, Quba şəhərinin Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"VAZ-2109" markalı minik avtomobili ilə yük avtomobili toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Asiman Qaraca