Gecə saatlarında Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Şabran şəhər sakini, 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobil Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən yaşayış evinin darvazasına çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - 2005-ci il təvəllüdlü Kamal Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Anar Kəlbiyev