İyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-cil il təvəllüldlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğundan "Unikal"a bildirilib ki, ilkin araşdırmalarla 2010-cu il təvəllüdlü R.Həsənovun (şərti) aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya  xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb. R.Həsənov (şərti) iş üzrə şübhəli  şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

***

02:57

Goranboyda ana və qızını qətlə yetirən şəxs tutulub.

"Unikal"ın məlumatına görə, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

***

02:16

Goranboyda iki qadın qətlə yetirilib.

"Unikal"ın məlumatına görə, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində baş verib. İki qadın - 1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızı bıçaqlanaraq qətlə yetirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Qətli L.İsmayılovanın oğlunun törətdiyi bildirilir. 

Hadisənin təfərrüatları araşdırılır.

Tural Əhmədov