Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə "Unikal"a Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, axşam saatlarında Mərkəzi Klinikaya gətirilən Xalq artistinin vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir.

"Hazırda reanimasiya şöbəsində müalicəsi davam edir", - məlumatda deyilir.

Xatırladaq ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Dünən isə Xalq artisti Arif Babayev təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib.

**** 03:13

Xalq artisti, professor Arif Babayevin səhhəti stabilləşib.

"Unikal" xəbər verir ki, bu barədə APA-ya sənətkarın oğlu Yaşar Babayev deyib.

O bildirib ki, atasının həyati təhlükəsi aradan qalxıb və səhhətində müsbətə doğru dəyişiklik müşahidə olunur.

"Hazırda reanimasiyadadır, lakin vəziyyəti əvvəlkindən daha yaxşıdır", - deyə Y.Babayev qeyd edib.