Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersayın Türkiyə ordusunda rütbəsi artırılıb.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. 

Sərəncama əsasən, Bəxtiyar Ersaya Ordu generalı hərbi rütbəsi verilib.

Məlumata görə, Ərdoğanın rəhbərliyi ilə keçirilən Yüksək Hərbi Şura iclası 2,5 saat davam edib. İclasdan sonra verilən qərarlara əsasən, Türkiyə Silahlı Qüvvələrinin rəhbər strukturlarında mühüm dəyişikliklər həyata keçirilib.

Qərara əsasən, Quru Qoşunları Komandanı Orgeneral Selçuk Bayraktaroğlu Baş Qərargah Rəisi vəzifəsinə təyin olunub. Mövcud Baş Qərargah Rəisi Orgeneral Metin Gürak isə kadrosuzluq səbəbilə ehtiyata buraxılıb. Quru Qoşunları Komandanlığına 1-ci Ordu Komandanı Orgeneral Metin Tokel gətirilib.

Eyni zamanda, Türkiyə ordusunda 31 general və admirala daha bir üst rütbə, 61 polkovnikə isə general və admiral rütbələri verilib.