Türkiyənin xarici işlər naziri Hakan Fidan işgüzar səfər çərçivəsində Dəməşqə gedib. 

"Unikal" xəbər verir ki, o, Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə görüşüb. 

Görüşdə iki ölkə arasında terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlıq məsələləri, xüsusilə Suriyanın şimalında SDQ terror təşkilatının varlığı müzakirə edilib. 

***14:53

Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfərə gedib. 

"Unikal" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, Fidan Suriya lideri Əhməd əl-Şaraa ilə görüşəcək.