Qazaxıstan Xarici İşlər Nazirliyinin rəhbəri Murat Nurtleunun saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Unikal" xəbər verir ki, bunu respublikanın xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

"Biz bunu jurnalist etikasının və ölkəmizin mövcud qanunvericiliyinin pozulması kimi qiymətləndiririk", - diplomat qeyd edib. 

***13:58

Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleunun saxlanması ilə bağlı məlumat saxtadır.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin "KazTag" agentliyi mənbələrə istinadən məlumat yayıb. 

***

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə "Orda" nəşri məlumat dərc edib. 

Məlumata görə, onunla birlikdə qazax iş adamı Hacı Hacıyev və  Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB) bir neçə yüksək rütbəli məmuru saxlanılıb.

Bildirilir ki,  ŞƏT sammitində iştirak edən nazir ötən gün Çindən qayıdıbmış. Müstəntiqlər həm nazirin, həm də iş adamı Hacıyevin iqamətgahında axtarış aparıblar. 

Onların hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.

Gülayə Mecid