Misir Mərdanovun adamları sıradan çıxarılır
12:38 15-02-2014
CƏMİYYƏT
Misir Mərdanovun adamları sıradan çıxarılır
Yeni nazir “bütün cəbhə boyu” hücuma keçib; təmizləmə əməliyyatı başladı
Artıq xeyli müddətdir ki, bu posta təyin olunmasına baxmayaraq mətbuatda hələ də “yeni təhsil naziri” sifətiylə təqdim olunan Mikayıl Cabbarov “təmizləmə əməliyyatı”na start verib. Hələ nazir təyin olunduğu ilk günlərdə prosesin məhz bu məcrada inkişaf edəcəyi proqnozlaşdırılırdı və zaman bu proqnozların necə dəqiq olduğunu isbatlamaqdadır.
“Unikal” qəzetinə daxil olan məlumatlarda bildirilir ki, nazir artıq bu yöndə əməli fəaliyyətə keçib və onun əsas hədəfləri müxtəlif ali təhsil ocaqlarının rəhbərlərinin dəyişdirilməsidir. Mənbənin sözlərinə görə, ilkin olaraq hədəf seçilənlər isə fəaliyyətindən daha çox şikayətlər daxil olan təhsil ocaqlarıdır. Belə ki, Təhsil nazirliyinə daxil olan şikayətləri ciddi şəkildə araşdırır və daxil olan faktlar təsdiqlənirsə həmin təhsil ocağının rəhbərliyinə qarşı hüquqi müstəvidə təbdirlər görülür. Hər halda son aylar ərzində saxta diplomlarla bağlı məlum qalmaqal və Ağcabədi Pedoqoji Kollecinin direktorunun həbsini də məhz bu mübarizə tədbirlərinin tərkib hissəsi kimi nəzərdən keçirmək lazımdır. Dünən daxil olan daha bir informasiya isə bu qəbildən olan tədbirlərin davam etdiriləcəyini bir daha təsdiqləmiş oldu. Belə ki,Təhsil Nazirliyi Lənkəran Dövlət Humanitar Kollecinin direktorunu vəzifəsindən azad edib, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına isə şiddətli töhmət verib.
Bununla bağlı xüsusi xəbər yayan Təhsil Nazirliyinin saytı bildirir ki, orta ixtisas təhsili müəssisələrində pedaqoji kadr hazırlığı ilə bağlı vəziyyəti yerində araşdırmaq məqsədi ilə cari ilin yanvar ayının sonlarında Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərində yoxlamalar keçirilib. Yoxlamalar zamanı kolleclərin fəaliyyətində akademik və maliyyə pozuntu hallarına yol verildiyi, normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı müəyyən edilib.
Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib. Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.
Qəzetimizə danışan mənbə bundan sonra da anoloji təftişlərin davam edəcəyinə əminliyini ifadə etdi: “Bu tədbirlər Təhsil Nazirliyinin xüsusi planı əsasında həyata keçirilir və prosesin bundan sonra da davam edəcəyi şübhəsizdir. Əslində indi müşahidə etdiklərimiz prosesin başlanğıcıdır və yaxın gələcəkdə anoloji yoxlamaların daha geniş coğrafiyanı əhatə edəcəyinin şahidi olacağıq. Burada məqsədlərdən biri də keçmiş təhsil naziri Misir Mərdanova yaxın şəxslərin aşkarlanaraq sıradan çıxarılmasıdır. Odur ki, proses yekunlaşana qədər bu qəbildən olan kifayəq qədər çox faktlara rast gələcəyik”.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33