Mikayıl Cabbarov "təmizləmə əməliyyatı"nı davam etdirir
10:52 18-02-2014
CƏMİYYƏT
Mikayıl Cabbarov "təmizləmə əməliyyatı"nı davam etdirir
Daha bir kollec direktoru vəzifəsindən uzaqlaşdırıldı; növbə kimindir?
"Unikal" qəzetinin ötən saylarında təhsil naziri Mikayıl Cabbarovun əvvəlki nazir Misir Mərdanovdan qalma kadrlara qarşı mübarizəni gücləndirdiyini yazmışdıq. Ötən gün daha bir kollec direktorunun tutduğu vəzifədən azad edilməsi isə yazdıqlarımızı təsdiqlədi.
Dünən mia.az xəbər portalı belə bir xəbər yaydı ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Əmirşah Əliyev tutduğu vəzifədən azad olunub. Saytı məlumatlandıran mənbənin sözlərinə görə, Əmirşah Əliyevin vəzifədən çıxarılmasında Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan qanunsuz tələbə qəbulu faktları böyük rol oynayıb: "Sabiq direktor və müavini qulluq mövqelərindən istifadə etməklə müxtəlif vaxtlarda müxtəlif adamlardan övladlarını kollecə qəbul etdirəcəyi adı altında pul alıblar. Bununla bağlı Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə açılmış cinayət işi də hələ bağlanmayıb. Ola bilər ki, direktoru həbs də etsinlər".
Müsahibimiz sabiq direktorun yaxın ətrafından bir nəfərin bu günlərdə narkotik maddə ilə yaxalandığını da deyir: "Bu məsələ də Əmirşah Əliyevi fakt qarşısında qoydu".
Xatırladaq ki, Təhsil Nazirliyi gün ərzində xəbəri nə təsdiq, nə də təkzib etdi.
"İnformasiya şöbəsi"
Digər Xəbərlər
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18
2024-12-25 16:21:30
2024-12-25 15:50:33
2024-12-25 15:30:00
2024-12-25 15:29:00
2024-12-25 15:21:27
2024-12-25 15:21:06