Dövlət Komitəsindən tikinti şirkətlərinə qadağa
Bir neçə şirkətə verilmiş lisenziya ləğv edildi
Son günlərin ən aktual və müzakirələrə yol açan problemlərindən biri də tikinti şirkətlərinin başlı-başına fəaliyyət göstərməsi nəticəsində arxitektura qaydalarının kobud şəkildə pozulmasıdır. Bununla bağlı rəsmi dövlət qurumları artıq əməli fəaliyyətə keçiblər. Hər halda bir neçə şirkətin sərt şəkildə cəzalandırılması belə düşünmək üçün əsaslar yaradır.
Belə ki, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bir neçə şirkətin "Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi" fəaliyyət növü ilə məşğul olmaq üçün verilmiş xüsusi razılığı (lisenziya) dayandırıb.Buna səbəb isə həmin şirkətlərin lisenziya şərtlərinə və tələblərinə riayət etməməsi olub.Komitədən verilən məlumata görə, Komitənin qərarı ilə "Art Akademiya", "Sentr-İMD", "Azərbaycan John Brown" şirkətlərinə, həmçinin Namik Mədət oğlu Xələfova və Rafael Aydın oğlu Yaqubova verilmiş lisenziyalar ləğv olunub.
Orxan Həsənli
Digər Xəbərlər
2025-02-25 22:55:04

2025-02-25 20:16:00

2025-02-25 20:06:25

2025-02-25 19:49:50

2025-02-25 19:01:38

2025-02-25 18:38:16

2025-02-25 18:18:27

2025-02-25 18:16:30

2025-02-25 17:24:00

2025-02-25 17:22:03

2025-02-25 17:20:21

2025-02-25 17:13:00

2025-02-25 17:10:18

2025-02-25 17:08:04

2025-02-25 16:59:00

2025-02-25 16:44:01

2025-02-25 16:28:00
