Bakının təkrar mənzil bazarında satış və qiymət artımı davam edir
11:19 27-02-2014
CƏMİYYƏT
Bakının təkrar mənzil bazarında satış və qiymət artımı davam edir
Ötən ay Bakı şəhəri üzrə yaşayış təyinatlı daşınmaz əmlak bazarı portfelində ümumi təklif 2 283 ədəd təşkil edib.
Bu, öz növbəsində ötən ilin müvafiq ayı ilə müqayisədə 12,8% az, dekabr ayı ilə müqayisədə isə 0,9% çoxdur.
“MBA Consulting Group” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bazarda hesablanmış orta qiymət isə yanvar ayı ərzində 3,71% artaraq 1 807 ABŞ dolları/kv.metrdən 1 874 dollar/kv.metrə qədər yüksəlib. Ümumən bazarda dekabr ayına nisbətən yanvarda qiymətlərin yüksək olmasına baxmayaraq, aktivliyin və təklifin sayının stabilləşməsi bazar iştirakçıları tərəfindən bazar ənənələrinə uyğunsuzluq kimi dəyərləndirilib.
Qiymətin artmasına səbəb isə bazarda real mənzil satış təkliflərinin sayının az olması və əhali arasında yeni ildən qiymətlərin qalxacağı barədə ehtimalların yaranmasını göstərmək olar. Ötən ilin dekabr ayındakı benzinin satış qiymətində artımın da bu ehtimalların yaranması səbəblərindən biri kimi göstərmək olar. Hələ 2011-ci ildən başlayan əhalinin alıcılıq qabiliyyətinin artması müqabilində, mənzil təklif portfelinin azalması yanvarda qiymət artımı səbəblərinin əsasında durub. Digər tərəfdən isə daşınmaz əmlak bazarındakı aktivliyin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı olduğunu deyə bilərik. Bazarda son aylar təklifin azalmasına səbəb isə qiymətlərin artması fonunda satıcıların qorxaraq bazardan çıxmaları kimi amillər göstərilir.
Araşdırmalar nəticəsində məlum olub ki, ay ərzində satış portfelinin çox hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyunkturası və ya tələbin xarakterindən irəli gəlir. Ümumilikdə, təklif portfelində bahalı evlərin payı 45,42%-dən 44,17%-ə düşüb, ucuz evlərin payı isə 2,3 faiz bəndi artaraq 55,83% olub.
Bazarda alqı-satqı əqdlərinin artması, ümumi təklif portfelinin və əmlakın ekspozisiya müddətinin azalması ilə nəticələnib. Əmlakın ekspozisiya müddəti bazarın hazırkı durumuna uyğun olaraq 90 gün təşkil edib. Sözügedən ayda dəyişən struktur ilə qiymət artımı daimi struktur ilə qiymət artımını üstələyib. Mənzil bazarında dəyişən strukturla qiymət indeksi ay ərzində 3,74% artaraq 8,33, daimi struktur isə 3,37% artaraq 8,29 bənddə qərarlaşıb. Qiymət indeksinin dəyişən struktur ilə daimi strukturun artma nisbətinin son ayda eyni səviyyədə olması, yeni tikililərlə köhnə tikililərin artım tempinin bərabər olması ilə izah edilir.
Bu ilin yanvar ayı ərzində təkrar bazarın təklif portfelində köhnə mənzillərin paylarının azalması əsasən “Fransa”, “Kiyev” və “Eksperimental” layihəli binalarda müşahidə olunub. Bazarda dövr edən mənzillərin otaq sayı göstəricilərində tədricən baş verən yerdəyişmə davam edib və təklif olunan mənzillərin sayındakı azalma əsasən 3 otaqlı mənzillərin payına düşüb. Satışı heç də 3 otaqlı mənzillərdən geri qalmayan 2 otaqlı mənzillərin təklif sayında isə artım müşahidə olunub. Nəticədə, 3 otaqlı mənzillərin bazardakı payında azalma, qalan mənzillərin payında isə artım müşahidə olunub.
Yanvar ayı üzrə orta qiymətlərdə və qiymət indeksində artım müşahidə edilib. Orta qiymət yanvarda 3,71% artaraq 1 807 dollar/kv.m-dən 1 874 dollar/kv.m-ə qədər yüksəlib. Ay ərzində təkrar mənzil bazarında orta qiymətlərin artması mövsümi ayların davamı və təklif portfelində struktur dəyişikliyin nəticəsi olub. Bununla belə, bahalı mənzillərin orta qiymətləri əvvəlki ayla müqayisədə 4,75%, ucuz evlərin qiymətlərində isə 2,40% artımla yadda qalıb.
Bazarda qiyməti 85-95 min dollar arasında olan mənzillər ümumi portfeldə ən çox paya, yəni 35,9%-ə malikdir. Mənzillərin orta otaq sayı 2,57, hər otağın orta satış qiyməti 65 983 dollar, mənzilin orta qiyməti 166 937 dollar, nominal qiyməti 143 763 dollar, daimi struktur ilə isə 119 982 dollar təşkil edib. Layihələr üzrə qiymətlərin artması digər layihələrlə müqayisədə “İtaliya”, “Fransa”, “Minsk” layihələri üzrə daha çox qeydə alınıb ki, bu da həmin layihəli mənzillərin ipoteka predmeti olması ilə daha çox bağlıdır.
Aparılan araşdırmalardan məlum olur ki, təkrar mənzil bazarında şəhər üzrə mənzillərin qiymət indeksində əvvəlcədən gözlənildiyi kimi artım müşahidə edilib. Bunu son aylar qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması kimi izah etmək olar. Son ayda bazarda satışın artması, müvafiq olaraq əmlakın ekspozisiya müddətinin azalmasına səbəb olub.
Alı
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22