"Hədəf bu saxta iddiaları ifşa etməkdir"
11:27 27-02-2014
CƏMİYYƏT
"Hədəf bu saxta iddiaları ifşa etməkdir"
"Aksiyaların forma və məzmun cəhətdən dəyişikliyi daha səmərəli nəticələrin əldə olunmasına imkan verəcək"
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın xarici ölkələrdəki diaspor təşkilatları ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması və bu hadisənin soyqırım kimi qəbul etdirilməsi istiqamətində gördükləri işlərdən danışıb: - " Ümumiyyətlə, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində üzərimizə çox böyük məsuliyyət düşür.
Bu il isə xüsusilə daha ciddi və effektli işlər görməliyik. Çünki ermənilər qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşır. Ona görə bu ərəfədə Azərbaycan tərəfi qondarma soyqırım mifini dağıtmalı və əsl soyqırıma kimin məruz qaldığını bütün dünyaya qəbul etdirməlidir. Düşünürəm ki, builki anma mərasimlərində nəzərdə tutulan tədbirlərimizin və il ərzində aparılacaq təbliğat kampaniyasının tutarlılığı, praktikliyi, təsir dairəsinin genişliyi və aksiyaların forma və məzmun cəhətdən dəyişikliyi daha səmərəli nəticələrin əldə olunmasına imkan verəcək.
Qeyd edim ki, bu qətliam haqqında beynəlxalq aləmin məlumatlandırılması və ona hüquqi qiymətin verilməsi istiqamətində apardığımız kampaniya artıq beş ildir ki, özünün yeni dövrünə qədəm qoyub. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirdi, genişləndirdi və deyərdim ki, səmərəliliyini artırdı. Bu beş il ərzində dünyanın bir çox ölkəsində Xocalı həqiqətlərinin üzə çıxması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınması üçün ciddi kampaniya aparıldı. Azərbaycanın digər dövlət qurumlarının, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin, xaricdəki Azərbaycan diaspor təşkilatlarının dəstəyi ilə bu kampaniya öz hədəflərinə çatmaqdadır. Beynəlxalq arenada artıq yalançı erməni mifi dağılmaqdadır, deyə bilərik, çünki Azərbaycan dövlətinin, dövlətimizin başçısının yürütdüyü siyasət kompleks xarakter daşıyır və hədəf də bu saxta iddiaları ifşa etməkdən ibarətdir. Yəni bir əsrdən çox müddətdə formalaşan erməni təbliğat maşınını az bir vaxt içərisində, demək olar ki, darmadağın etmək ulu öndərin ağıllı, uzaqgörən siyasi konsepsiyası, böyük zəhməti və Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində mümkün olub. Təbii ki, bu məqsədyönlü siyasət kursu davam edir və Diasporla İş üzrə Dövlət Komitəsi bu siyasi kursun həyata keçirilməsinə öz töhfəsini verməyə çalışır.
Bir sözlə, ildən-ilə Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayı artır. Artıq ABŞ-ın 12 ştatı Xocalıda baş verənləri soyqırım kimi qəbul edir. Bundan başqa, ötən il Ağ Evin rəsmi saytında petisiyanın yerləşdirilməsi, qısa müddətdə 125 mindən çox imza toplanması və ABŞ dövlət departamentinin bu müraciətə cavab verməsi dövlətimizin hədəflərə hesablanan siyasətinin, o cümlədən də "Xocalıya ədalət" kampaniyası çərçivəsində aparılan uğurlu təbliğat işinin nəticəsidir".
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16