İnsan hüquq və azadlıqlarının qorunmasında milli dəyərlər
13:29 15-08-2014
SİYASƏT
İnsan hüquq və azadlıqlarının qorunmasında milli dəyərlər
Siyasi maarifləndirmənin gücləndirilməsinə ehtiyac var
Bu gün tək Azərbaycanı yox, ümumilikdə normal cəmiyyətləri düşündürən əsas məsələlərdən biri və birincisi insan hüquq və azadlıqlarının qorunması, insan faktorunun nəzərə alınmasıdır. Son yüz ildə bu istiqamətdə daha uğurlu addımlar atmaq və "hər şey insan üçündür"- devizinin reallaşması üçün müxtəlif yollar seçilib və daha effektli nəticələr əldə etmək üçün müəyyən qurumlar da təsis edilib. Bu baxımdan Avropa Şurası, Avropa İttifaqı , ATƏT kimi qurumlar zamanında daha çox populyarlıq qazanmışdı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında bir çox konvensiyalar,qanunlar, protokollar imzalanmışdı.
Zaman-zaman keçdikcə digər ölkələr də o cümlədən Azərbaycanda Avropanın bu standartlarını təhlil etməyə və qəbulunun mümkünlüyü haqqında düşünməyə başladı. Məhz bu səbəbdən Azərbaycan Avropa Şurasının da sıralarına daxil oldu. Maraqlıdır, bəs Avropanın qəbul etdiyi insan hüquq və azadlıqları konvensiyasında əsas şərtlər, bu hüquqların təmin olunması üçün əsas tələblər nədir? . Aydın olur ki, burda əsasən iki meyyar, İnsan hüquqlarına hörmət olunması öhdəliyi , yaşamaq hüququ və işgəncələrin qadağa olunması əsas götürülür. Yaşamaq hüququ isə aşağıdakılardan ibarətdir.
1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa, həyatından məhrum edilə bilməz.
2. Həyatdan məhrumetmə, aşağıdakı məqsədlər üçün güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda, bu maddənin pozulması hesab edilmir:
a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün;
b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;
c) qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması üçün.
Azadlıq və toxunulmazlıq hüququna gəldikdə isə burda əsasən aşağıdakı postulatlar əsas götürülür. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
a) səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra şəxsin qanuni həbsə alınması;
b) məhkəmənin qanuni çıxardığı qərarı icra etməməyə görə və ya qanunla nəzərdə tutulmuş hər hansı öhdəliyin icra olunmasını təmin etmək məqsədi ilə şəxsin qanuni tutulması və ya həbsə alınması;
c) hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması;
d) yetkinlik yaşına çatmamış şəxsin tərbiyə nəzarəti üçün qanuni qərar əsasında həbsə alınması və ya onun səlahiyyətli orqana verilməsi üçün qanuni həbsə alınması;
e) yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün şəxslərin, habelə ruhi xəstələrin, alkoqolizmə və narkomaniyaya mübtəla olanların və ya səfillərin qanuni həbsə alınması;
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədi ilə və ya barəsində deportasiya yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.
Sözsüz ki, göstərilən bütün şərtlər normaldır və qəbulediləndir. Amma bir məqam unudulmamalıdır. Hər bir dövlətin öz dövlətçilik prinsipləri, dövlətlərin yaşam tarixi,xalqların siyasi maarifləndirmə azadlıqları var və bunlar fərqlidir. Bu fərqlər isə bəzən nəzəri əsasların praktik icrasına maneələr yaradır. Elə qloballaşmanın, inteqrasiyanın bəzən mənfi effektlər verməsinin də kökündə bu amil dayanır. Buna görə hələ illər öncə azərbaycançılıq prinsipini gündəmə gətirən Heydər Əliyev sübut etmişdi ki, bəşəri dəyərləri qəbul etmək vacibdir və bunun üçün ilk növbədə milli dəyərlər qorunmalı, adət-ənənələr, regional keyfiyyətlər nəzərər alınmalıdır. Və bunlar həqiqətəndə nəzərə alındı, çox az müstəqlillik ənənəsi olan Azərbaycan beynəlxalq normaları qəbul etməklə yanaşı, həm də cəmiyyətin siyasi maarifləndirməsinə,milli dəyərlərin qorunmasına xüsusi önəm verdi. Prezident İlham Əliyevdə fəaliyyətinin ilk məqamındaca, milli sahibkarlığın inkişafından tutmuş,milli dəyərlərin inkişafına qədər bütün sahələrlə bağlı xüsusi addım atdı. O cümlədən insan hüquq və azadlıqlarının qorunmasını da priroritet mövzu elan etdi. Belə ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının hazırlanmasını və təsdiqini İlham Əliyev təxirəsalınmaz vəzifə kimi gündəmə gətirdi və bununla bağlı sərəncam imzaladı. Sərəncamda deyilir:"Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
1998-ci ildə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz "insan meyarı"nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir.
Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir.
2006-cı ildə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icra vəziyyəti mütəmadi qaydada təhlil edilmiş, onun icrası nəticələrinin müzakirəsi üçün cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) tövsiyə olunsun ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik etsin.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin nəticələrini təhlil edərək, onun təkmilləşdirilməsinə dair təkliflər versin.
4. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına, Azərbaycan Mətbuat Şurasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində fəal iştirak etsinlər.
5. Milli Fəaliyyət Proqramında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etsinlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".Qeyd edək ki, məhz bu sərəncamdan sonra Azərbaycanda ombudsman institutu daha mükəmməl şəkildə formalaşmağa başladı ki, buda insan hüquq və azadlıqlarının təmini üçün xüsusi rol oynadı. Amma aydın oldu ki, daha səmərəli fəaliyyət göstərmək üçün cəmiyyətdə siyasi maarifləndirmənin artırılmasına hələ də çox ehtiyac var və buraya seçmək, seçilmək hüququnu anlamaqdan tutmuş, öz haqlarını bilməyə qədər bütün sahələr aiddir. Buna görə də bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə Bilik fondu təsis edildi və hazırda genişmiqyaslı fəaliyyət proqramının icrasına start verilib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53