Novruz Məmmədov: "ABŞ Dövlət Departamenti əsassız bəyanatları ilə Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir"
ABŞ Dövlət Departamenti əsassız bəyanatları ilə Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov oktyabrın 15-də ABŞ Dövlət Departamentinin sözçüsünün növbəti dəfə Azərbaycanla bağlı əsassız açıqlamasına münasibət bildirərkən deyib.
N.Məmmədov qeyd edib: "Təəssüflər olsun ki, son zamanlar ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycanla bağlı bir sıra əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verir. Görünür, bu yolla ölkənin daxili işlərinə qarışmaq və ona təzyiq göstərmək daha məqbul hesab edilir".
Onun sözlərinə görə, yaxşı olardı ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti bütün bu illər ərzində işğalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə maddi və mənəvi yardım göstərmək əvəzinə, 20 ildən artıq müddətdə bütün hüquqlarından məhrum olmuş bir milyon qaçqın və köçkünün vəziyyəti və hüquqları ilə bağlı bəyanat verəydi: "Yaxşı olardı ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç olmasa bir dəfə özünün yaratdığı beynəlxalq hüquq çərçivəsində ədalətli mövqe bildirəydi.
Lakin ABŞ belə mühüm məsələlərə məhəl qoymayaraq insan hüquqları və azadlıqları məsələlərini istədiyi zaman qaldırmağı yalnız özünün beynəlxalq öhdəliyi hesab edir, Dövlət Departamenti isə sözçüsünün vasitəsilə Azərbaycanla Avropa İttifaqı və ABŞ arasındakı əməkdaşlığa kölgə salmaq, Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq istəyir".
Digər Xəbərlər
2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 14:26:00

2025-02-27 14:14:54

2025-02-27 14:09:42

2025-02-27 14:06:09

2025-02-27 13:13:00

2025-02-27 12:55:52

2025-02-27 12:50:39

2025-02-27 12:50:00

2025-02-27 12:34:53

2025-02-27 12:31:21
