Müsavat can verməkdə davam edir
11:14 21-10-2014
CƏMİYYƏT
Müsavat can verməkdə davam edir
Partiya faktiki bir neçə yerə parçalanıb
Müsavat Partiyasında daxili gərginlik hələ də davam edir, qarşıdurma durmadan dərinləşir. Qurultayda baş verən pozuntulara etirazını bildirən tərəfin hikkəsi hələ də səngiməyib.
Ard-arda kütləvi itefaların olması da bunun bariz nümnəsidir. Vəziyyətin kritikləşdiyni görən Müsavat partiyasının başqanı Arif Hacılı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı təbrik məktubu yaydı. Təbrik məktubunda başqan bir daha Müsavat partiyasının üzvlərinə səslənib: "Müsavat partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları hətta etik normaları aşmış olsa belə, unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr Qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa, birgə fəaliyyət göstərməyə çağırmışdım. Əksər partiya üzvləri bu çağırılmaya qoşulsalar da, qarşılıqlı ittihamlar tam durdurulmadı. 18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamlar, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq. Təhqir və böhtanlar istisna olmaqla və partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla, olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ilə birlikdə davam edək".
"Unikal"ın məlumatına görə, Arif Hacılının bu çağırışına qarşı tərəfdən cavab gecikmədi. Qubad İbadoğlu və tərəfdarları Müsavatın yeni başqanının çağırışını səmimi qəbul etmədilər. Ən kəskin münasibət isə Müsavatın MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlıdan gəldi. O, Arif Hacılını qeyri-səmimilikdə ittiham edərək, ona ünvanlanan ittihamlara cavab verməyi tələb etdi.
Ancaq deyəsən, Arif Hacılı da daha moratoriumu gözləmək fikrində deyil. Belə ki, artıq o da tərəfdarlarına hərəkətə keçməyi tapşırıb. Belə ki, artıq Qubad İbadoğluna qarşı açıq müstəvidə hücuma keçənlər var. Budəfəki revanşda isə Arif Hacılıya birbaşa bağlı adamlar deyil, müstəqil mövqeli şəxslər dəstək verməyə başlayıblar. Təbii ki, onlar Qubad İbadoğluna qarşı kampaniyaya start verməklə missiyalarını həyata keçirirlər.
"Çox maraqlıdır ki, niyə başqanlığa namizəd Qubad İbadoğlu istefa vermir, ayrı-ayrı şəxslər istefa verir". Bunu özünün Facebook səhifəsində Müsavat Partiyasının divan üzvü Osman Kazımov yazıb. O bildirib ki, Müsavat Partiyası öz kursundan dönməyəcək və heç bir istefa məsələsi olmayacaq: "İlk olaraq pozuntulardan danışırdılar. İndi Arif Hacılını istefaya çağırırlar. Əvvəlcə Aslan İsmayılov dedi. 2003-cü ildə insanları Azadlıq meydanında vəhşiliklə şil-küt edəndə Aslan İsmayılov ANS-ə çıxıb həmin insanları ixtişaşçı adlandırmışdı. Çox təəssüf ki, bəzi əqidədaşlarımız düşünmədən həmin şəxslərin dediyini təkrarlayır. Yaxşı bəylər sizlər Müsavatdan gedirsiniz. Gedin, yolunuz açıq olsun. Amma Qubad İbadoğlu gələcəkdə kimə güvənib yenidən namizədliyini verəcək?". O.Kazımov onu da əlavə edib ki, gedən prosesləri nəzərə alıb heç nədən çəkinmədən partiyada təmizləmə aparmaq lazımdır".
Burdan da görünür ki, Müsavat daxilindəki savaş artıq kulminasiya nöqtəsinə çatıb. Arif Hacılının açıq mübarizəyə başlaması isə qarşıdurmanın daha da kəskinləşməsinə səbəb olacaq. Bu da Müsavatdakı parçalanma prosesinin qarşısı alınmaz mərhələyə keçəcəyini sürətləndirəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43