Milli Şura rəhbərliyinə xəbərdarlıq
11:14 21-10-2014
CƏMİYYƏT
Milli Şura rəhbərliyinə xəbərdarlıq
Hafiz Hacıyev: "Əgər Cəmil Həsənli ilə
Əli Kərimli yenidən sarsaqlasa, yenə satqınlıq etsələr onların öz üsulunda cavablarını verəcəm"
"Bizdə olan dəqiq məlumata görə, bu günlərdə Əli Kərimliyə 1 milyon 800 min pul göndərilib". Bunu "Unikal"a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
H. Hacıyev bildirib ki, hazırda Əli Kərimli göndərilən pullarla növbəti mitinqlərin təşkil edilməsi üçün hazırlıq aparır: "Hesab edirəm ki, bu məsələdə insanlar maarifləndirilməlidir. Yəni insanlar ideoloji baxımdan tam hazır olmalıdırlar ki, Əli Kərimlinin sarsaq əməllərinin qurbanı olmasınlar. Ölkədə gedən proseslərdən məmnun olmayan Əli Kərimli Azərbaycan dövlətçiliyinə xəyanət etməkdən ötrü Cəmil Həsənlini başqa ölkəyə göndərib".
H. Hacıyev "Azadlıq" radiosu ilə aralarında olan məhkəmə çəkişməsinə də münasibət bildirib. MMP sədri deyib ki, "Azadlıq" radiosu tələbini yerinə yetirdiyi üçün bu qurumu məhkəməyə verməyəcək: "Bu radio qarşısına tələb qoymuşdum ki, cinsi azlıqların nümayəndəsi titulunun sahibi Əli Kərimlini dövlətçilik və Müasir Müsavat Partiyasının sədrinin ünvanına sarsaq fikirlər deməsi yolverilməzdir. Bildirdim ki, adınızı demokratik radio qoymusunuzsa, mənə də Əli Kərimlinin istifadə etdiyi radioda efir vaxtı verin, onun cavabını verim. Onlar da mənə efir vaxtı ayırdılar və öz fikirlərimi dedim. Dünyaya bəyan etdim ki, Əli Kərimli cinsi azlıqların nümayəndəsidir və Azərbaycan xalqı heç vaxt cinsi azlıqların nümayəndəsi titulu olan şəxsi hakimiyyətə gətirməyəcək. "Azadlıq" radiosu tələbimi yerinə yetirdiyi üçün bu qurumu məhkəməyə vermək fikrindən daşındım".
"Əgər Əli Kərimli və Cəmil Həsənli yenidən sarsaqlasa, yenə başlarını ermənilərin başlarına döysələr, satqınlıq etsələr onların öz üsulunda cavablarını verəcəm" - deyə, H. Hacıyev vurğulayıb.
Qərib
Digər Xəbərlər
2024-11-06 00:42:16
2024-11-05 23:55:53
2024-11-05 23:38:03
2024-11-05 21:02:28
2024-11-05 19:58:49
2024-11-05 18:51:00
2024-11-05 18:40:41
2024-11-05 18:26:54
2024-11-05 18:20:11
2024-11-05 18:16:54
2024-11-05 18:06:36
2024-11-05 16:47:16
2024-11-05 16:25:00
2024-11-05 16:23:31
2024-11-05 15:56:49
2024-11-05 15:53:56
2024-11-05 15:49:13
2024-11-05 15:45:26