Zəlzələlər davam edə bilərmi?
13:21 16-05-2012
CƏMİYYƏT
Zəlzələlər davam edə bilərmi?
Qurban Yetirmişli: "Bundan sonra təkanların 7 baldan yuxarı olacağına inanmıram"
Seysmoloq Fuad Əliyev: "Bu proseslərdən sonra əsas gərginliok ocaqlıarında boşalma getdiyindən hələ ki güclü zəlzələ təhlükəsi yoxdur"
Ölkənin şimal bölgələrində, xüsusən də Zaqatala rayonunda son günlərdə qeydə alınan silsilə zəlzələllər həm dövlət məmurlarının, həm də mütəxəssislərin diqqət mərkəzindədir. Və həm də təbii ki bu zəlzələdən maddi ziyan çəkmiş sıravi sakinlərin...
Dünən Zaqatala rayonunda üçüncü zəlzələ qeydə alınıb. MEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ saat 09:54-də, Zaqataladan 3.4 km cənub-şərqdə müşahidə olunub. Zəlzələ episentrdə 5 bala yaxın, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Daha bir titəyiş zəlzələ saat 10:17-də, Zaqataladan 13 km qərbdə, 3.60 maqnitudada, 5 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar episentrdə 3.5 bal, episentrə yaxın yaşayış məntəqələrində 3.0-2.0 bal hiss olunub. İnsan itkisi olmayıb.
Zaqatalaya yaxın Şəki rayonundada yenidən zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən aldığımız məlumata görə, yerli vaxtla saat 20:51:30 -da Şəki rayonu ərazisində, Şəki şəhərindən 10 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4 bala qədər, Şəki şəhərində 3 bala qədər hiss olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, "Zaqatala bölgəsində seysmik gərginlik hələ də var. Gərginlik Şəki tərəfə miqrasiya edir. Şəkidə də gərginlik toplanması müşahidə olunur".
Onun sözlərinə görə, təkanlar davam etsə də gərguinlik hələ qalır: "Bu vəziyyət hələ bir neçə ay davam edəcək. Təkanlar olacaq, enerji boşalması getməlidir"
Q. Yetirmişli deyib ki, baş verən zəlzələləri daha dərindən analiz etmək üçün bölgədə daha 2 seysmik stansiya quraşdırılacaq. Zəlzələ bölgəsində mayın 7-dən sonra 5 əlavə seysmik stansiya quraşdırılıb. Dünən bölgəyə profillər üzrə işləyən daha bir stansiya gətirilib. Sabah isə daha 2 stansiya gətiriləcək və Zaqatalaya yaxın bölgələrdə quraşdırılacaq: "Bu stansiyalar ocaq zonasını daha dəqiq analiz etmək üçün qurulur. Bunlarla yanaşı, mərkəzin Zaqatalada, Qəbələdə, İsmayıllıda, Mingəçevirdə, Şəkidə, Xınalıqda, Quba, Qusar, Dəvəçidə stasionar stansiyaları da var. Bu ərazi tam stansiyalar şəbəkəsi ilə əhatə olunub. Amma episentr zonasında gedən proseslər üçün bu müvəqqəti stansiyalar quraşdırılır. Bunlar tam analiz üçün kifayət edir".
Baş direktorun sözlərinə görə, Zaqatala bölgəsindəki seysmik aktivliyin Mingəçevir Su Anbarı üçün hər hansı təhlükəsi yoxdur: "Bu zəlzələlər qərbə tərəfə deyil, cənubi-şərqə doğru hərəkət edir. Odur ki, hələlik təhlükə yoxdur. Həm də mayın 7-dən sonra baş verən təkanların 7 baldan yuxarı olacağına inanmıram. 4-5 ballıq zəlzələlərin olması isə istisna olunmur".
Azərbaycan Milli Elmlər Akademiyası Geologoya İnstitutunun Tektonika və Regional Geologiya Şöbəsinin elmi əməkdaşı Fuad Əliyevin bizə söylədiyinə görə, "Zaqatala bölgəsində, təxminən, 70-80 l əvvəl belə bir seysmik aktivlik qeydə alınıb. O vaxtdan bəri bu seysmik ocaqda yığılma mərhələsi yaşanırdı və nəticəsddə boşalma aktı ilə başa çatdı".
Fuad Əliyev bildirdi ki, zxəlzələnin episentrinin Zaqataladan Şəkiyə keçid etməsi də yuxarıda şərh etdiyim seysmik prosesin məntiqi davamıdır. Məlumatların sistemli analizi göstərir ki, ölkənin şimal bölıgəsindəki seysmik ocaqlar tədrricən zəifləməlidir və buna görə də gələcəkdə ciddi fəsadların baş verməasi ehtyimalı çox azdır".
Savalan
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33