Müsavatda yeni qovğa baş qaldırıb
09:53 11-03-2015
CƏMİYYƏT
Müsavatda yeni qovğa baş qaldırıb
Partiyanın parlament seçkilərinə hazırlaşan deputatlığa namizədlərinin müəyyənləşdirilməsi prosesi düşmənçiliyi dərinləşdirib
Uzun müddətdir ki, Müsavat Partiyası daxilində qarşıdurmalar müşayiət edilir. İndi isə daha bir münaqişə ocağı yaranıb. Bu dəfə isə partiyanın bu il keçiriləcək parlament seçkilərində namizədliyi irəli sürülən şəxslərlə bağlı fikir ayrılığı gündəmə gəlib. Daha doğrusu, Arif Hacılı Qubad İbadoğlunun tərəfdarlarını siyahıdan kənarda qoymaq istəyir, amma başqanın bu cəhdi cavabsız qalmayacaq.
Belə ki, indiyə qədər Müsavat Partiyasının 50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədləri müəyyənləşsə də, seçkilərdə iştirak etmək niyyətində olan Müsavat Partiyasının Məclis üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun adı namizədlər siyahısında yoxdur.
"Unikal"ın məlumatına görə, Qubad İbadoğlunun tərəfdarlarının deputatlığa namizədlərlə bağlı qarşıdurmadan istfadə edəcəyi qaçılmazdır. Bu barədə açıqlama verən V.Əyyub açıqlamasında Müsavat Partiyası Suraxanı rayon təşkilatının 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə onun namizədliyini müdafiə etdiyini deyib. O, rayon təşkilatının bununla bağlı Müsavat Partiyasının rəhbər orqanlarına müraciət etdiyini bildirib: "Suraxanı rayon təşkilatı bu barədə məndən soruşub, münasibətimi öyrənib. Hələ ki deputatlığa namizəd olmaq fikrindəyəm".
Müsavat Partiyasında deputatlığa namizədlərlə bağlı məsul şəxs təyin olunan və müraciətləri qəbul edən Müsavat başqanının müavini, partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə apa-ya açıqlamasında indiyə qədər Müsavat Partiyasının 50-yə qədər seçki dairəsi üzrə deputatlığa ilkin namizədlərinin müəyyənləşdirildiyini, bunun Müsavat Partiyası Məclisinin növbəti iclasında müzakirəyə çıxarılaraq təsdiqlənəcəyini söyləyib. G. Aslanlı bəyan edib ki, hansısa dairədən deputatlığa namizəd olmaq istəyən partiya üzvü bu barədə arzusunu bildirməlidir. O, namizəd olmaq istəyən partiya üzvlərinin bu istəklərini ən geci seçki kampaniyasına 1 ay qalana qədər bildirmələrini məqsədəuyğun saydıqlarını qeyd edib. G. Aslanlı partiyada narazıları təmsil edən V. Əyyubun, o cümlədən Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin namizədliklə bağlı müraciətlərinin olmadığını açıqlayıb: "Kim namizəd olmaq istəyirsə, mütləq özü bu barədə partiyaya müraciət etməlidir. Bu, birmənalıdır".
Şəxsən partiyaya müraciət edib-etməyəcəyi barədə sualı cavablandıran V. Əyyub rayon təşkilatının onun namizədliyi ilə əlaqədar partiyaya müraciət etdiyini bir daha təkrarlayıb: "Mənim cavabım bundan ibarətdir".
Onu da qeyd edək ki, E.Məmmədli isə deputatlığa namizəd olmayacağını bəyan edib: "Deputatlığa namizəd olmaq üçün partiyaya müraciət etməmişəm. Çünki indiki durumda deputatlığa namizəd olmaq niyyətim yoxdur".
Görünən odur ki, Müsavat Partiyasının rəhbərliyi seçkiöncəsi daha böyük prblemlə üzləşəcək. Arif Hacılı ona asi düşənləri namizəd siyahısından kənarda qoymaq isətəsə də, əks tərəfin sərt reaksiyası böyük qalmaqala səbəb olacaq. Bu da onu göstərir ki, seçkiöncəsi Müsavatda daha geniş miqyaslı qarşıdurmalar olacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54