Azad Rəhimovun "Topaz" biznesinə efir qadağası
09:59 11-03-2015
CƏMİYYƏT
Azad Rəhimovun "Topaz" biznesinə efir qadağası
Ölkədə "idman qumarı"nın yığışdırılması təklifinin ardından yeni həmlə!
Dünən Milli Məclisin iqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasda "Reklam haqqında" Azərbaycan Respublikasının qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, 17 il bundan əvvəl qəbul edilmiş qanunda dövrün tələblərinə uyğun dəyişikliklər edilməsi zərurəti yaranıb.
Məlumat verilib ki, Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunmuş qanun layihəsində yenidən edilən dəyişikliklərdə Azərbaycan dilinin normalarına uyğunluq tələbi əsas götürülən məsələlərdən biridir. Eyni zamanda, qanun layihəsində sosial reklam anlayışına, onun hazırlanması və yayımlanması qaydalarına aydınlıq gətirilib. Belə ki, dəyişikliyə əsasən Azərbaycanda bütün reklam yayımçıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin, reklam qurğularının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa məcbur ediləcəklər. Mövcud qanunvericilikdə isə bu rəqəm 5 faiz müəyyən edilib.
Bildirilib ki, sənəddə dövlət büdcəsindən maliyyələşən reklam istehsalçıları, reklam yayımçıları və reklam agentləri tərəfindən sosial reklamın ödənişsiz, özəl qurumlar tərəfindən isə ödənişli əsaslarla istehsal edilməsi və yayımlanması təsbit edilib.
Qanun layihəsində edilmiş dəyişikliklərə görə teleradioda sosial reklamların vaxtı saat 9:00-dan saat 24:00-a qədər müəyyən edilib.
Ən maraqlısı isə odur ki, layihədə idman mərc oyunlarının reklamlarının vaxtına da məhdudiyyət qoyulur. Belə ki, bu qəbildən olan reklamlar saat 23:00-dan 7-00-dək yayımlana biləcək. Tərkibində 5 faizdən yuxarı alkoqol olan içkilərin reklamının yayımlanma vaxtına da məhdudiyyət qoyulub və dövrü nəşrlərin üz, arxa qapağında belə reklamların yerləşdirilməsi qadağan edilib.
Qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Xatırladaq ki, Azərbaycanda idman mərc oyunları "Topaz"da cəmləşdirilib. "Topaz"ın isə gənclər və idman naziri Azad Rəhimovun nəzarətində olduğunu KİV dəfələrlə yazıb. Belə ki, "Topaz"ın idarəedici şirkətinə məhz Rəhimovun yaxın dostu (bəzi mənbələrdə hətta qohumu) olduğu bildirilən şəxs rəhbərlik edir.
Son vaxtlar başda millət vəkilləri olmaqla, əksər media orqanları, tanınmış ziyalılar ölkədə "idman qumarı"nın yığışdırılması tələbi ilə çıxış edirlər. Bunun da səbəbi məlumdur. Belə ki, idman yarışlarına qeyri-leqal pul qoyuluşları ölkədə yüzlərlə insanın bədbəxtçiliyinə - müflisləşməsinə, evini, ailəsini itirməyə gətirib çıxarıb."Topaz" yarananda rəsmilər iddia edirdilər ki, "idman qumarı"nın leqallaşması ilk növbədə vətəndaşları fırıldaq qurbanı olmaqdan azad edəcək. Amma əvəzində bu gün onlarla insan "idman qumarı"nın leqallaşması nəticəsində evini, maşınını itirir, borclanır hətta həbsə düşür, məhbusa çevrilir.
Gözləntilər ondan ibarətdir ki, Rəhimovun nəzarətindəki "Topaz" bağlansın. İdman mərc oyunlarına efir qadağasının gətirilməsini bu istiqamətdə ilk əməli addım saymaq mümkündür.
Belə hesab etmək olar ki, adıçəkilən nazirə məxsus bu gəlir sahəsinin yığışdırılmasına şahid olmaq üçün çox gözləməli olmayacağıq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15