Əli Hüseynli: "Azərbaycan üçün beynəlxalq qurumların nə düşündüyü vacib deyil"
10:00 11-03-2015
CƏMİYYƏT
Əli Hüseynli: "Azərbaycan üçün beynəlxalq qurumların nə düşündüyü vacib deyil"
"Bəzi dairələr tərəfindən Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının boykot edilməsi çağırışının heç bir əsası yoxdur. İyun ayında keçiriləcək ilk Avropa Oyunları Azərbaycanın həm bir dövlət kimi özünü təsdiq etməsi, həm də xalqımızın böyük uğurudur.
Çünki belə mötəbər tədbirlər ancaq o ölkələrdə keçirilə bilər ki, həmin ölkə həm hüquqi, həm siyasi, həm insan insan haqları, həm də iqtisadi baxımdan tam inkişaf etmiş olsun. Azərbaycan Avropada inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır, göstəricilərimiz bundan ibarətdir. Məhz bu amillərin əsasında da ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi haqda qərar qəbul olunub". Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, "Amnesty İnternational", "Human Rights Watch" kimi beynəlxalq qeyri-hökumət təşkilatları Qərbin müxtəlif dairələri tərəfindən idarə olunur. Bu dairələrin erməni lobbisi ilə birbaşa əlaqəli olduğunu deyən komitə sədrinin sözlərinə görə, onların ölkəmizdəki havadarları radikal müxalifət və bir sıra "vətəndaş cəmiyyəti nümayəndələri"dir. Ə.Hüseynli deyib ki, məhz həmin dairələr Azərbaycana qarşı belə bir çirkin kampaniyaya başlayıblar. Komitə sədri qeyd edib ki, artıq Azərbaycanın inkişafı o səviyyədədir ki, bu cür əsassız iddialarla ölkəmizə təzyiq etmək mümkün deyil. Ə.Hüseynlinin sözlərinə görə, indi Azərbaycan üçün beynəlxalq qurumların nə düşündüyü yox, bizim onlar haqqında düşündüklərimiz vacibdir.
"Heç kimdə şübhə yoxdur ki, ilk Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Çünki Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə təşkilati işlər ən yüksək səviyyədə icra olunur. Avropa Olimpiya Oyunları ilə əlaqəli olan Avropa nümayəndələri də dəfələrlə təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıblar. Yəni demək isətyirəm ki, Avropa Oyunlarının uğurla keçiriləcəyi artıq həm dünya, həm də Avropa ictimaiyyətinə məlumdur. Əlbəttə ki, bu fakt Azərbaycanın beynəlxalq imicinə də çox müsbət təsir göstərəcək. Məhz buna görə də, adı çəkilən qüvvələr əks kampaniyaya başlayıblar. Amma həm Azərbaycan, həm də dünya ictimaiyyəti bilməlidir ki, bu sahədə deyilən şaiyələrin heç bir əsası yoxdur"- deyə, komitə sədri vurğulayıb.
Ə.Hüseynli ilk Avropa Oyunlarının xərclərinin Azərbaycan tərəfindən ödənilməsi ilə bağlı müəyyən dairələrin apardığı kampaniyaya da münasibət bildirib. O qeyd edib ki, bəzi qüvvələr bu məsələdən sui-istifadə edərək "ajiotaj" yaratmaq istəyir. Millət vəkilinin fikrincə, bu cəhdlərin heç bir əsası yoxdur: "Ümumiyyətlə, Azərbaycan dövləti, xalqımız qonaqpərvərdir. Belə bir öhdəlik olmasaydı belə, Azərbaycan dövləti də, xalqı da bu tədbirin keçirilməsinə hazır idi. Qonağı öz adına layiq formada qarşılayıb yola salmaq, bizim xalqımızın uzun əsrlərdən gələn ənənəsidir. Bu məsələ ilə bağlı bir müddətdir ki, sosial şəbəkələrdə başlayan kampaniya da məhz yuxarıda adını çəkdiyimiz həmin dairələrin ortaya atdığı qondarma "ideya"dır. Bu dairələr həm Avropa Oyunlarının keçirilməsi ilə bağlı olan maddi xərclər məsələsini, həm də ölkəmizdə guya insan hüquqları sahəsində problemlərin olması kimi formal, əsassız bəhanələr gətirməklə Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsinə kölgə salmaq istəyirlər. Amma heç şübhə yoxdur ki, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinə yüksək ev sahibliyi edən Azərbaycan, ilk Avropa Oyunlarına da eyni səviyyədə ev sahibliyi edəcək".
Ə.Hüseynli ilk Avropa Oyunlarında idmançılarımızın böyük uğurlar qazanacağına da əminliyini ifadə edib. "Azərbaycan idmançıları uzun illərdir ki, beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edirlər. Avropa Oyunları da bir fürsətdir ki, öz evimizdə Azərbaycanın dövlət himnini səsləndirməklə bir daha bütün dünyaya sübut edək ki, Azərbaycan həm güclülər ölkəsidir, həm də inkişaf etmiş, azad və demokratik dövlətdir"- deyə, komitə sədri vurğulayıb.
Digər Xəbərlər
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00