Şəmsəddin Hacıyevə vəzifə verildi
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, iqtisad elmləri doktoru Şəmsəddin Hacıyevə daha bir vəzifə verilib. "Unikal.org"un məlumatına görə, Ş.Hacıyev Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri seçilib.

Verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının SəbailBinəqədi rayon təşkilatının növbəti konfransı olub. Konfrans təşkilat məsələlərinə baxılıb, rayon təşkilatının sədri Ş.Hacıyev seçilib.

Bu xəbəri "Unikal.org"a YAP Səbail rayon təşkilatı da təsdiqləyib.