Müsavatda növbəti "repressiya" dalğası
12:44 13-03-2015
CƏMİYYƏT
Müsavatda növbəti "repressiya" dalğası
Qadınlar Təşkilatının sədri Ellada Məmmədlinin vurulmasına hazırlıq başlayıb
Müsavat Partiyasının başqanı Arif Hacılının komandası ilə Qubad İbadoğlunun tərəfdarları arasındakı mübarizə davam edir.
"Unikal"ın məlumatına görə, partiyanın Divan üzvü Nemət Kərimli bəyan edib ki, ADR Hərəkatının gələcəkdə partiyaya çevrilməsi Müsavatın elektoratına təsir göstərə bilməz. Onun sözlərinə görə, ADR təxminən 18-19 rayon təşkilatının yarandığını elan edib: "Orta hesabla həmin rayon təşkilatlarında da Müsavatdan ən çoxu 5-6 nəfər, bəzilərində isə 1-2 nəfər iştirak edir. Həmin göstəricilər isə Müsavatın rayon təşkilatının ümumi sayının 1 faizindən də aşağıdır. Belə olan halda ADR Hərəkatı partiyaya çevriləcəksə, Müsavat Partiyasından sıfıra yaxın faizin ehtiva etdiyi rəqəmdə üzv ADR-ə qoşulacaq. Digər tərəfdən, Qubad İbadoğlunun yanında olan şəxslərin Müsavatda xüsusi bir fəaliyyəti olmayıb ki, partiyadan çıxanda da yerləri görünsün. Qubad İbadoğluna Müsavat Partiyası öz qiymətini verdi. Faktiki olaraq, Qubad İbadoğlu qurultayda 40 faiz səs almışdısa, ADR Hərəkatı yarananda müsavatçıların heç 2 faizi onun yanında deyildi. Ellada Məmmədli Qadınlar Təşkilatının sədri seçiləndən bəri təşkilat iflic vəziyyətdədir. Belə davam edərsə, yəqin ki, Qadınlar Birliyinin fəaliyyəti partiya rəhbərliyində müzakirə olunacaq. Vurğun Əyyub dəfələrlə bəyan edib ki, özünü Məclis üzvü hesab etmir. Buna görə də onun adı növbəti iclasların birində Məclis üzvlüyü siyahısından çıxarılacaq".
ADR Hərəkatının katibi Arifə Hüseynli "Unikal"a açıqlamasında bildirib ki, Qubad İbadoğluna Vaşinqtonda keçirdiyi görüşlərdə ən çox verilən suallardan biri də onun Müsavatdan getməsi ilə bağlı olub. Onun sözlərinə görə, Amerikada Q.İbadoğlunun partiyadan xaric edilməsi təəccüblə qarşılanıb: "Biləndə ki, partiyadan çıxarılıb, hamı təəccüb edir ki, sədr seçkilərində ən azı 46 faiz səs toplayan şəxsi 4 aydan sonra partiyadan necə çıxarmaq olar? Adətən, sonrakı sual isə bu halda patiyanın gələcəyi ilə bağlı olur".
Bütün bunlar Müsavatda növbəti istefa dalğasına zəmin yaradır. Hər halda, Ellada Məmmədli də partiyadan çıxarılarsa, yeni bir qarşıdurma mühitinin yaranacağı qaçılmaz olacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42