Politoloq: "Rusiya-Türkiyə qarşıdurması ermənilərin konfliktogenliyi üçün böyük resurs yaratdı"
06:03 20-05-2015
CƏMİYYƏT
Politoloq: "Rusiya-Türkiyə qarşıdurması ermənilərin konfliktogenliyi üçün böyük resurs yaratdı"
"Rusiya-Türkiyə qarşıdurması ermənilərin konfliktogenliyi üçün böyük resurs yaratdı. İri dövlətləri qarşı-qarşıya qoymaqla geosiyasi və maliyyə resursu əldə etmək Ermənistanın həmişə arzuladığı vəziyyət olub. Ermənistanın tarixi və milli genetik xüsusiyyəti məhz buna tuşlanıb".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib.
Politoloq qeyd edib ki, bütün dünya dövlətlərini Türkiyənin üstünə qaldırmaq Ermənistanın və dünya erməniliyinin həyatının mənasıdır: "Ən çox arzuladıqları isə Rusiya və Türkiyə qarşıdurmasıdır. Son 20 ildə Rusiya-Türkiyə münasibətlərinin istiləşməyə başlaması və son 10 ildə az qala strateji münasibətlər sisteminə çevrilməsi həmişə erməniləri narahat edib. Var gücü ilə onlar Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışırlar. Ermənilər Rusiya ilə Türkiyənin münasibətlərini pozmaq sahəsində ciddi uğur qazandılar. Bu uğurun bir tərəfi Ermənistandan asılı idisə, digər tərəfi Rusiyanın daxilindən asılı idi. Rusiya "erməni soyqırımı"nın 100 illiyi tədbirlərində bir neçə variantda iştirak edə bilərdi. Ən ağlabatan variant RF prezidenti V.Putinin aprelin 22-23 -də Ermənistana səfər etməsi və "soyqırım"ın 100 illiyi tədbirlərində iştirak etməsi idi. Rəsmi Yerevanın "erməni soyqırımı"nı hazırdığı proqramda aprelin 24-ü yeganə tarix kimi göstərilməmişdi. Aprelin 22-24-ü Yerevanda "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar tədbirlər keçirilməli idi. Mayın 7-8-ə isə ABŞ-da "erməni soyqırımı"nın 100 illiyinin qeyd edilməsi nəzərdə tutulmuşdur. "Erməni soyqırımı"nın genezisində Rusiya iştirak etdiyi üçün Rusiya özü də Ermənistandan əlavə tarix müəyyənləşdirməyi tələb edə bilərdi. Lakin RF "erməni soyqırımı"nın 100 illiyinə münasibətdə atdığı addımlar "erməni soyqırımı"nın 100 illiyi tədbirlərində iştirakdan daha çox, antitürkiyə mahiyyət göstərmək üçün nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, RF prezidentinin, eləcə də bütövlükdə RF-in "erməni soyqırımı"nın 100 illiyində iştirak ssenarisini sanki ermənilər hazırlamışdı. Belə variant mümkündür".
M.Əhmədoğlu bildirib ki, Rusiyanın yüksəkçinli məmurlarının evində, bağında və ya kabinetində hökmən erməni var: "Ermənilər Rusiya rəhbərliyinin davranışına təsir edə bilirlər. Rusiya rəhbərliyinin "erməni soyqırımı"nın 100 illiyində iştirakı Rusiyadakı ermənilərin Rusiya rəhbərliyini idarə etməsinin ən bariz sübutudur. Rusiyadakı ermənilərin Rusiya rəhbərliyini idarə etməsi ermənilər üçün gəlir və resurs mənbəyidir. Rusiya ermənilərə 6 milyarder verib. ABŞ-da isə cəmi 1erməni milyarder var".
Ermənistanın Rusiyanı alçaltmaqla özünün rolunu nümayiş etdirmək kursu götürdüyünü söyləyən politoloq bildirib ki, nəticədə, ABŞ-dan Ermənistanın ünvanına səslənən "köpək oğlu" söyüşü Rusiyadan Ermənistana gələn 270 milyon dollarlıq kreditdən daha böyük əhəmiyyət kəsb etdi: "Ermənistan rəhbərliyi ABŞ nazirinin Ermənistana səfər etməsi üçün hədsiz çox səy göstərdilər. V.Putin isə Ermənistana erməni ssenarisi üzrə səfər etdi. Ermənistan ABŞ-da "erməni soyqırımı"nın 100 illiyi tədbilərini keçirmək üçün dəridən-qabıqdan çıxdı. ABŞ rəhbərliyi S.Sərkisyanı qəbul etməyəcəyini bildirdi, S.Sərkisyan razılaşdı. ABŞ rəhbərliyi "erməni soyqırımı" mövzusu ilə məşğul olmazdan qabaq "Xolokost" muzeyini ziyarət etməyi tələb etdilər, S.Sərkisyan razılaşdı. ABŞ rəsmiləri "erməni soyqırımı" terminini işlətmirlər, eləcə də bu tədbir ərəfəsində ABŞ rəsmiləri "1915-ci ilin kütləvi qırğınları" terminindən imtina etdilər, S.Sərkisyan razılaşdı. Tədbirin adını "dinlərarası sülh və ədalət üçün dua" kimi təqdim etdilər, S.Sərkisyan razılaşdı. RF bir dənə də olsun Ermənistanı razı sala bildiyi məsələnin adını çəkə bilməz. Ermənistanın AİB-ə üzvlüyü ermənilərin qərbə informatorluğu kontekstinə daha uyğundur".
Mərkəz rəhbəri sonra sözlərinə əlavə edib ki, ABŞ Dağlıq Qarabağ məsələsinin tənzimlənməsini Ermənistandan tələb etmir: "Çünki Dağlıq Qarabağ ABŞ üçün böyük abidədir. O, bu abidəni hələ saxlamaq istəyir. Bu abidə Rusiyanın gücsüzlüyünü, acizliyini regiona və dünyaya car çəkir; Rusiya güclü olsaydı qonşuluğunda Dağlıq Qarabağ kimi balaca münaqişə 28 il mövcud olmazdı. Dağlıq Qarabağ münaqişəsi Rusiyanı alçaldan ən mühüm parametrdir. Bunu Rusiyanı qızışdırmaq niyyəti ilə demirik. Rusiyanı qızışdıra bilən, eləcə də soyuda bilən bir qüvvə var. O da ermənilərdir. Qərbdə də ermənilərə məhz Rusiyanı idarə edə bildiyinə görə qiymət verirlər. Ermənistan rəhbərliyi başa düşür ki, Rusiya erməniləri Qərbə qarşı qoya bilməz. Onun buna resursu çatmayacaq, heç arzusu da yoxdur. Eləcə də Ermənistanda başa düşürlər ki, ABŞ başda olmaqla Qərbin Rusiyanı zəiflədə-zəiflədə idarə etmək planı var və ermənilər bu planda birinci skripkadadır. Ona da uyğun geosiyasi və maliyyə resursları əldə edəcəklər".
M.Əhmədoğlu hesab edir ki, Rusiya-Türkiyə münasibətlərində gərginliyin indi baş verməsi ABŞ-a yeni nəfəs verdi: "Rusiyanın son dövrlərdə bütün uğurları onun Türkiyə ilə münasibətlərindən asılı idi. Türkiyə iki qisimdə bu prosesdə iştirak etdi. a) Türkiyə Qərbin antirusiya layihələrində iştirak etmədi. b) Türkiyə Rusiya ilə bəzi istiqamətlərdə əməkdaşlığa yeni stimul verdi. Nəticədə, Rusiya xeyli uğurlar əldə etdi. V.Putinin bütün uğurları onun Türkiyə ilə münasibətlərindən başlamışdır. Türkiyə hətta neytral qaldığı halda Rusiyanın bundan sonra uğur qazanması ciddi sual işarəsi altındadır. İndi hətta mümkündür ki, Türkiyə Rusiyaya qarşı neytral qalmasın, soyuq müharibə dövründəki kimi qarşıdurma yolunu seçsin. Türkiyə Rusiya ilə münasibətləri zəiflətməkdən nə qədər itirəcəksə, yaxın illərdə Qərblə münasibətlərdən bir o qədər qazanacaqdır. Rusiya qazının Avropaya nəqlindən imtina edən Türkiyə Qərbin göstərişi ilə İran qazının Avropaya nəqlindən daha çox pul qazanacaqdır. Türkiyə-Qərb münasibətləri indi əvvəlki illərdən xeyli fərqlənir. Qərb uzun müddət Türkiyəni Beynəlxalq Valyuta Fondu və Dünya Bankı vasitəsilə ciddi nəzarət altında saxlayırdı. Türkiyə kredit dairəsindən çıxa bilmirdi. R.T.Ərdoğan beynəlxalq qurumlara Türkiyənin borcunu ödəyib qurtarmaqla Qərbin Türkiyəyə olan ən böyük təzyiq alətini sındırdı. Hər halda baş verən qarşıdurmada Rusiya əziyyət çəkəcək, itirəcək. Türkiyə də müəyyən qədər itkiyə məruz qalacaqdır. Amma Rusiya-Türkiyə qarşıdurmasından ABŞ və ermənilər qazanacaq. Məhz ona görə də ermənilər Rusiyanın "erməni soyqırımı"nın 100 illiyi tədbirlərində erməni ssenarisi üzrə iştirak etməsinə nail oldular. ABŞ isə şəriksiz dünya liderliyinə yenidən nail ola bilər. Rusiyanın özünü ermənilərə qurban verməsinin səbəbini başa düşmək olmur".
Fuad
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24