Rauf Arifoğlu Müsavatdan gedir
09:57 09-07-2015
CƏMİYYƏT
Rauf Arifoğlu Müsavatdan gedir
Baş redaktor: "Bu, yaxın zamanlarda baş verəcək"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından uzaqlaşacağına eyham vurub.
"Unikal" xəbər verir ki, baş redaktor bu barədə "facebook" hesabında yazıb. "Partiyasız olacağım zamanlarda - ki, bu yaxın zamanlarda baş verəcək, - mətbuat azadlığına bu cür hörmətlə yanaşan, onu dərindən bilən Arif Hacılı ilə əməkdaşlıq etmək daha maraqlı olacaq. Bizim dərdimiz özünə demokrat deyənlərin demokratiyanın əlifbasından xəbərdar olmamasıdır. Belələri demokrasi yamyamlarıdır, qorxunc təhlükə mənbəyidir. Arif Hacılı isə bu çıxışı ilə (Partiya Məclisinin sessiyasındakı çıxış nəzərdə tutulur - red) demokratiya dərsi keçir. Bu, həm də gələcəyə mesajdır. Müxalif düşərgədən demokratiyanın gələcəyinə yönələn təhdidləri önləyəcək tək güc Müsavat olaraq qalır".
Qeyd edək ki, xeyli müddətdir R. Arifoğlunun Müsavat Partiyasından istefa verəcəyinə dair mətbuatda məlumatlar dolaşır. Bildirilir ki, məsələ AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı Arif Hacılı arasında bu ilin yanvar ayından keçirilən görüşdə müzakirə olunub. Ə. Kərimli Rauf Arifoğlu kənarlaşdırılandan sonra Müsavat Partiyası ilə əməkdaşlığın mümkünlüyü barədə şərt irəli sürüb. Amma Müsavat Partiyasının funksionerləri bu məlumatı təkzib etmişdi.
Başqa bir məlumat isə R.Arifoğlunun siyasi fəaliyyətini Ümid Partiyasında davam etdirəcəyinə dair idi ki, bunu da baş redaktorun özü təkzib edib.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24