Oliqarxların "sığorta biznesi" çökür
11:05 10-07-2015
CƏMİYYƏT
Oliqarxların "sığorta biznesi" çökür
Azərbaycanda sığorta bazarının rentabelliyi azalır
Ötən ilin yekunlarına görə, Azərbaycanın həyat sığortası bazarında aktivlərin orta rentabellik göstəricisi demək olar ki, iki dəfə azalıb - 8,1 faiz. Bu 2013-cü ildə olduğundan 15,9 faiz azdır.
Belə bir azalma ödənişlərin xüsusi çəkisinin artırılması ilə bağlıdır - 2014-cü ildə bu seqmentdə ödənişlərin tədiyələrə nisbəti 7 faizdən çox olmayıb, hazırda 15 faizə qədərdir, halbuki, istehsalatda bədbəxt hadisələrdən sığorta çərçivəsində iyunun 1-i üçün 4,6 faiz təşkil edir.
Ümumi sığortada vəziyyət bir qədər yaxşıdır - rentabellik 8,1 faiz səviyyəsindədir (2013-cü ildə 11,2 faiz).
Həyat sığortasında kapitalın orta rentabellik göstəricisi də aşağıdır - ötən ilin yekunlarına görə 20,5 faiz, bir il öncə 37 faiz olub. Yenə də ümumi sığortada vəziyyət bir qədər yaxşıdır 17,8 faizə qarşı 12,8 faiz.
Xatırlatmaq artıq olardı ki, Azərbaycanın sığorta bazarında əsas şirkətlər ayrı-ayrı oliqarx-məmurlara məxsusdur. Bu mənada sığorta bazarında rentabelliyin azalmasını həm də belə oliqarx-məmurlar üçün "qara xəbər" kimi dəyərləndirmək olar.
Ümumiyyətlə, Azərbaycanda bu günə kimi sığorta sisteminin inkişafı zəif qiymətləndirilir. Ekspertlər bunu bir neçə səbəblə bağlayır. Belə ki, sığorta sistemi ilə bağlı qanunvericilikdə olan boşluqlar; dövlət tərəfindən sığorta bazarında xarici kapitalın iştirakına qoyulmuş məhdudiyyətlər; sığorta bazarında dövlət inhisarçılığının davam etməsi; müstəqil sığorta şirkətlərinin kapital təminatında banklardan asılı olması; əhalinin sığorta şirkətlərinə inamsızlığı və sair səbəblər bü sahənin inkişafına imkan vermir.
Sığorta sisteminin inkişafını dayandıran əsas səbəblərdən biri isə bu sahədəki inhisarçılıqdır. Bazarda bir tərəfdən dövlət inhisarının qalması, digər tərəfdən iri sığorta şirkətlərinin qeyri-sağlam rəqabət əsasında kiçikləri sıradan çıxarması inkişafı tormozlayır. Son zamanlar bir sıra oliqarxların sığorta bazarında hədsiz gücləndiyi açıq görünür. Onlar monopolist mövqelər əldə edir və öz nüfuz dairələrindən, təsir imkanlarından maksimum faydalanaraq nəzarətlərindəki sığorta şirkətlərinin qeyri-sağlam rəqabət şəraitində güclənməsinə nail olurlar.
Amma yazının əvvəlindəki göstəricilər belə deməyə əsas verir ki, sığorta bazarındakı mövcud oliqarx hegemoniyası indiki kimi davam edə bilməz.Əks halda sözügedən sahədə real inkişafdan danışmaq artıqdır.
Nəinki real inkişafdan danışmaq artıqdır, hətta sığorta bazarında durum tədricən ağırlaşmağa məhkumdur. Bunun zərbəsini isə ilk növbədə elə sığorta bazarına diqtə edən bəzi oliqarx-məmurlar hiss edəcəklər.
Elvin
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15