Müsavat Partiyası gözlənilən iflasın bir addımlığında
11:54 24-07-2015
CƏMİYYƏT
Rauf Arifoğluna qarşı təşkil olunmuş "qara piar" hansı nəticələri vəd edir?
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun ölkə prezidenti tərəfindən "Əməkdar jurnalist" fəxri adı ilə təltif edilməsindən və partiyadan istefa verməsindən sonra tərəflər arasında "soyuq küləklər" əsməyə başlayıb. Əslində heç bir normal məntiqlə izah oluna bilməyən bu olayları Müsavat rəhbərliyinin özü qızışdırdı. Bütün bunlar isə ilk baxışdan olduqca mənasız və absurd görünür. Guya tərəflər arasında konfliktə səbəb olan nə baş verib ki...Heç nə, Rauf Arifoğlu Müsavat sıralarını tərk edib, bunun səbəblərini isə jurnalist fəaliyyətinin partiyalılıqla bir araya sığmaması ilə izah edib. Daha sonra baş redaktor "əməkdar jurnalist" fəxri adı ilə təltif olundu və bununla da "güclü tufan" başladı...
Bu dəfə gərginliyin kotalizatoru rolunda Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər çıxış etdi. Sabiq başqan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun "Əməkdar jurnalist" fəxri adı ilə təltif olunmasına mənfi münasibət göstərib. Dolayısı ilə yazıb ki, Rauf Arifoğlu daha müsavatçılarla bir sırada deyil. İsa Qəmbərin bu fikirlərindən sonra isə "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə yeni bir status paylaşmaq zorunda qaldı: "Müsavat Partiyasının 5-ci başqanı hörmətli İsa bəy prezident İlham Əliyevin mənə "Əməkdar jurnalist" adı verməsini və bu mükafatı şəxsən təqdim etməsini yorumlayıb. Onun bu yorumunu ölkə mediası içərisində ilk olaraq müsavat.com saytı yayınlayıb. Yəni orada bizə problem ola biləcək hər hansı məqam görməmişik. Görsəydik belə, yenə də yayımlayardıq. Mənim də verdiyim mesaj elə budur - media hər hansı bir xəbəri özünə nisbətləndirib, münasibət sərgiləməz...
Lakin görürəm ki, bəziləri aranı qızışdırmaq və məndən İsa bəyə qarşı neqativ cavablar almaq istəyirlər. Bəzi suallara cavab verdim, lakin aydın olur ki, müəyyən təhriflər edilir. Ona görə də düşüncələrimi burada yazıram ki, istəyən hər kəs bundan istifadə etsin.
Əsas mesajım budur: İsa bəyə qarşı, hətta mənə münasibətdə haqsızlığa yol verdiyini düşünsəm belə, heç bir neqativ cavab verməyəcəm, yazı yazmayacam. Bu, mənim əxlaqıma, törəmə, prinsiplərimə ziddir. Sözüm, etirazım, cavabım olsa, özü ilə görüşüb, özünə deyəcəm. Görüşə bilməsək də, gedib çaya, dənizə danışaram..."
Amma "İsa Qəmbərlə görüşə bilməsəm onun haqda iradlarımı dənizə danışaram" deyən Rauf Arifoğlunun qardaşı Azər Ayxan gözləmə mövqeyində dayanmaqla barışmayaraq sabiq başqanın "bostanını daşlamağı" daha məqsədə uyğun hesab edib. İxtilafın kulminasiya nöqtəsi sayılan həmin fikirləri olduğu kimi təqdim edirik:
"Siz bizim dövlətin 1-ci şəxsiylə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiz... Arada siz də girin də həbsxanaya, qorxmayın, o qədər də qorxulu yer deyil. Həm də zatən əlinizdən bir iş gəlmir, heç olmaya məhbəs xatirəniz olsun. Gələcəkdə nəvələrinizə danışmağa nəsə tapasınız"
Göründüyü kimi Müsavat Partiyası gözlənilən iflasın bir addımlığındadır. Lüzumsuz konfliktlərdən yorulmuş partiyanın parlament seçkiləri ərəfəsində yeni ziddiyyətlərə ev sahibliyi etməsi isə Müsavata heç də xoş perspektiv vəd etmir. Bu baxımdan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı düşünülmüş "qara piar"ın əks effekt verəcəyini düşünmək daha doğru olardı.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43