Mikayıl Cabbarov: "Pullu təhsil alan tələbələrə də təqaüd verilsin"
10:53 08-08-2015
CƏMİYYƏT
Mikayıl Cabbarov: "Pullu təhsil alan tələbələrə də təqaüd verilsin"
Azərbaycanda tələbələrə təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir. Bunu müsahibəsində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, bu gün Azərbaycanda dövlət sifarişi ilə təhsil alan tələbə 4 il ərzində pulsuz oxumaqla yanaşı, həm də dövlətdən təqaüd alır. Pullu, yəni ödənişli təhsil alan isə bu təqaüdü ala bilmir: "Biz bu sistemi rəqabət mühiti üçün ədalətsiz sistem hesab edirik. Onların hər ikisi eyni vəziyyətdə olmalıdır və təqaüd tələbənin akademik göstəricilərindən asılı olaraq ödənilməlidir". M.Cabbarovun sözlərinə görə, "dövlət sifarişli" təhsilə el arasında "pulsuz təhsil" də deyilir. Əslində isə bu, pulsuz deyil, pullu təhsildir. Sadəcə olaraq, bu təhsilin pulunu dövlət qrant kimi ödəyir: "Mən təbii olaraq, bu sistemin qorunmasının tərəfdarıyam. Lakin biz bir məsələdə artıq islahata başlamışıq".
Digər Xəbərlər
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42