Komitə sədri vətəndaşlarla görüşəcək
09:21 11-08-2015
CƏMİYYƏT
Komitə sədri vətəndaşlarla görüşəcək
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Göygöl rayonunda növbəti vətəndaş qəbulu keçiriləcək.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 28 avqust 2015-ci il tarixində Göygöl rayonunda keçirəcəyi vətəndaş qəbulu 14 avqust 2015-ci il tarixinə keçirilmişdir. Qəbulda Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır. Vətəndaş qəbulu saat 11:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Digər Xəbərlər
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27