Leyla

Leyla Yunus nağılı bitdi

Amma müxalifət göydən üç almanın düşəcəyini gözləyir...

Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun başa çatmış məhkəmə prosesi onlarla iş birliyi quran qüvvələrin "narahatlığına" səbəb olub. Görünən odur ki, Azərbaycanın milli maraqlarına zərbə vurmaqla çörək pulu qazanan həmin qüvvələr son şanslarını əldən vermək istəmirlər.
Adına şərti olaraq "radikallar" deyilən müxalifət qüvvələri isə məhkəmə qərarı ətrafında süni ajiotaj yaratmağa çalışırlar. Faktiki olaraq, məhkəmənin məlum qərarından sonra "Leyla Yunus nağılı" bitdi, amma müxalifət və onların xaricdəki havadarları hələ də göydən üç almanın düşəcəyini gözləyir. Hər halda, Leyla və Arif Yunusların məhkəmə qərarından sonra radikalların və ölkəmizə qarşı qərəzli olan bəzi beynəlxalq qurumların məkrli açıqlamaları belə düşünməyə əsas verir.
Əslində isə Yunuslar çoxdan bəri haqq etdikləri cəzanı alıblar. Çünki Leyla və Arif Yunusovlar bütün şüurlu fəaliyyət dövrlərində Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıblar. Daha doğrusu, bu kəsim insanların çörəyi elə vətənə xəyanətdən çıxıb. Daha dəhşətlisi ondan ibarətir ki, bu işdə xarici kəşfiyyat orqanlarının, hətta düşmən qüvvələrin dəstəyindən yararlanıblar. Hərislik hissinin girovuna çevrilən bu cütlük Azərbaycanın əzəli düşməni olan, millətin qanına susayan ermənilərlə işbirliyindən belə çəkinməyiblər. Bunun əksinə olaraq, Azərbaycan ictimaiyyətinin nümayəndələri düşmən dəyirmanına su tökən Leyla Yunusun mütəmadi tamaşaya çevirdiyi hay-küyünə tutarlı cavab verib və ölkəmizin nüfuzuna xələl gətirmək istəyən şəxsi qınayıblar. Qınayıblar ona görə ki, necə insan, vətəndaş və ən nəhayət qadın olasan ki, yaşadığın, torpağı üzərində gəzdiyin, çörəyini yediyin ölkəni belə asanlıqla yada sata biləsən. Amma görünür, bu insana Vətəni satmaq, Vətənə namərd gülləsi vurmaq elə də çətin məsələ deyilmiş. Çünki belə bir yol tutmaq onun xislətindən irəli gəlir.
Görünür, L.Yunus və onun həyat yoldaşı Arif Yunusun ermənilərlə qohumluğu onların Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi ilə əlaqələrinin genişlənməsi üçün xüsusi əhəmiyyət kəsb edib. Məhz bu cür əlaqələrin olması onların erməni kəşfiyyat orqanlarına Azərbaycan barədə çoxsaylı faktların ötürmələrini istisna etmir. "Hüquq" müdafiçisi adı ilə maskalanmış L.Yunus Azərbaycanda baş verən istənilən hadisəni problemə çevirərək beynəlxalq təşkilatların və xarici medianın diqqətinə çatdırıb. Bu cür əməlləri özünə həyat tərzi seçmiş Yunusovlar Azərbaycanı beynəlxalq aləmin gözündə qara rəngdə göstərmək üçün əlindən gələni ediblər. Bu kimi əməllərinə görə, əldə etdikləri külli miqdarda vəsait hesabına bir sıra xarici ölkələrdə mülklər və obyektlərə sahib olublar.
Təsadüfi deyil ki, L.Yunus və A.Yunusla bağlı keçirilən məhkəmə prosesində onların Türkiyə və Çexiyada mülklər aldığı, xarici təşkilatlardan aldıqları qrantları mənimsəmələri faktlar əsasında təsdiqini tapıb. Sirr deyil ki, L.Yunusa bu işdə onun xarici ölkələrdə yaşayan erməni qohumlarının dəstəyi kifayət qədər olub. Məlumat üçün qeyd edək ki, Arif Yunusun anası erməni, atası isə qarışıq dağıstanlıdır. Leyla Yunusun isə anası alman, atası isə erməni qarışığı olan şəxsdir. Üstəlik L.Yunusun Ermənistan və Rusiyanın Krasnodar vilayətində şoxlu sayda erməni qohumları var. Bu isə o deməkdir ki, bu şəxslərin milli zəmində Azərbaycanla bağlayan heç bir amil yoxdur.
Qanunazidd hərəkətlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri barəsində hökm çıxarılan "Sülh və Demokratiya İnstitutu" adlı təşkilatın təsisçisi və direktoru Leyla Yunus ətrafında gəzişmələr hələ də davam etməkdədir. Nə qədər qəribə olsa da "bulanıq suda balıq titmaq" sevdasına düşmüş bəzi beynəlxalq təşkilatlar bu məsələdə daha çox canfəşanlıq etməkdədir. Sanki Leyla Yunusun vəkili qismində çıxış edən həmin təşkilatlar bir az da irəli gedərək, səlahiyyət həddini aşmaqla ölkəmizin daxili işinə müdaxilə etməkdən belə çəkinmirlər. Çox təəssüflər ki, Vətənini, dövlətini, millətini cevən insanlar üçün Vətənə xəyanət rəmzi qazanmış Leyla Yunusun əməlləri nə qədər ağrıdıcıdırsa, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar üçün bir o qədər önəmlidir. Çünki ölkəmizdə daim xaos, qarşıdurma görmək istəyən həmin maraqlı dairələr mütəmadi olaraq ermənipərəst mövqeyi ilə fərqlənən Leyla Yunus faktorundan gen-boluna istifadə etməyi bacarıblar.
Əslində, bu qüvvələr üçün anti-Azərbaycan fəaliyyətində bulunan "hüquq müdafiəçisi"ni kəşf etmək elə də çətin məsələ deyil. Nəzərə almaq lazımdır ki, Leyla Yunus ömrü boyu ermənipərəst mövqeyi ilə seçilib, əməlləri ilə erməni maraqlarının təminatçısı kimi tanınıb. Azərbaycan dövləti və millətinə qənim kəsilmiş L.Yunus demək olar ki, bütün fəaliyyəti dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib. Bir çox hallarda ermənipərəst mövqeyini gizlətməyərək beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıb. Heç kimə sirr deyil ki, onun Azərbaycan haqqında reallıqdan uzaq, böhtan xarakterli məlumatlar yayması dəfələrlə ölkəmizdə ciddi narazılıqla qarşılanıb.
Elvin Rüstəmov