Artur

Artur Rəsizadə qərar verdi; Ali məktəblərlə bağlı dəyişiklik oldu

Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" qərarında dəyişiklik edib.
Qərarı baş nazir Artur Rasizadə imzalayıb. Qərarda bildirilir: Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 6 may tarixli 521 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564; 2012, № 1, maddə 30, № 11, maddə 1208; 2013, № 9, maddə 1133; 2014, № 2, maddə 201; 2015, № 4, maddə 466) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci hissədə "səviyyəsində" sözü "və tibb təhsili üzrə əsas təhsil səviyyələrində" sözləri ilə əvəz edilsin.
2. 2-ci hissədə "(rezidentura) səviyyəsində" sözləri "və rezidentura səviyyələrində" sözləri ilə əvəz edilsin.
3. 3-cü hissədə "(rezidentura)" sözü ", tibb təhsili üzrə əsas təhsil və rezidentura" sözləri ilə əvəz edilsin.
4. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı"nın adında "səviyyəsində" sözü "və tibb təhsili üzrə əsas təhsil səviyyələrində" sözləri ilə əvəz edilsin.
5. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura (rezidentura) səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı"nın adında "(rezidentura) səviyyəsində" sözləri "və rezidentura səviyyələrində" sözləri ilə əvəz edilsin.
6. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları" üzrə:
6.1. adında, 1.1-ci, 4.1-ci, 4.2-ci bəndlərində, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncündə "(rezidentura)" sözü ", tibb təhsili üzrə əsas təhsil və rezidentura" sözləri ilə əvəz edilsin;
6.2. 1.3-cü bənd üzrə:6.2.1. "bakalavriat" sözündən sonra "və tibb təhsili üzrə əsas təhsil" sözləri əlavə edilsin;
6.2.2. "(rezidentura)" sözü "və rezidentura" sözləri ilə əvəz edilsin;
6.2.3. ikinci cümlə çıxarılsın.
6.3. 5.4-cü bəndə "bakalavriat" sözündən sonra "və tibb təhsili üzrə əsas təhsil" sözləri əlavə edilsin və həmin bənddə "(rezidentura) səviyyəsindən" sözləri "və rezidenturasəviyyələrindən"sözləri ilə əvəz edilsin.
Toğrul