Cəmil Həsənli yenidən öz "tərbiyyəsini" göstərdi
10:05 21-08-2015
CƏMİYYƏT
Cəmil Həsənli yenidən öz "tərbiyyəsini" göstərdi
Yeni AXCP yaradan qrup üzvlərini bir-bir təhqir edən qoca professor növbəti dəfə xəriflədi
Məlum olduğu kimi, AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və narazı cəbhəçilər avqustun 19-da mətbuat konfransı keçirərək, yeni hərəkata başladıqlarını elan ediblər. Onlar AXCP-dəki dözülməz idarəçiliyə etiraz edərək, partiyada daxili despotizmin hökm sürdüyünü, artıq buna dözmək niyyətində olmadıqlarını bəyan etdilər.
Xatırladaq ki, Razi Nurullayev çıxışında bildirib ki, ölkədə ciddi bir müxalifət problemi var: "Hazırkı müxalifətin formatı heç də nəticəyə gətirib çıxara bilməz. Burada sanki hakimiyyət və müxalifət bir-birinə pas ötürərək iqtidarı indiki komandada saxlamağa meyllənirlər. Neçə illər bu format dəyişməyib. Ona görə qərara gəldik ki, yeni bir partiyaya ehtiyac yoxdur. Biz AXCP adına iddia edirik və hesab edirik ki, orada olan bütün cəbhəçiləri də öz ətrafımıza gətirə biləcəyik. Artıq bununla bağlı danışıqlar olub. Əli Kərimli ya sədrlikdən gedəcək, sıravi üzv olaraq qalacaq, ya biz təmsilçilik uğrunda mübarizə aparacağıq. Təmsilçiliyin bizə verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Ondan bir möhürü almaq lazım gələcək. Bu, bütün cəbhəçilərin fikridir".
Narazıların bu bəyanatından dərhal sonra isə Əli Kərimli və dəstəsi sosial şəbəkələrdə onlara qarşı əsl mənəvi terrora start verib. Razi Nurullayevin və onu dəstəkləyənlərin açıq şəkildə təhqir olunduğu bu qaragüruha Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qoşulması isə gözlənilən olsa da, onun üçün növbəti iflas anlamına gəldi. "Siyasət dəniz"ində dibə batdıqca olan-qalan nüfuzunu da itirən Cəmil Həsənlinin baş verənlərlə bağlı dünən facebook-da yazdığı status isə birmənalı qarşılanmamaqla yanaşı, qoca professorun tərbiyyəsində ciddi çatların yaranmasından xəbər verdi.
Gəlin, həmin statusdan bəzi fikirlərə göz ataq: "Dostlar! Hökumət cəbhəçilər arasından ələ aldığı Razi Nurullayevi də belə batırdı. Onunla çoxdan razı-niyaza başlamışdılar. Öz mübarizə yoldaşlarına yuxarıdan aşağı baxdığına görə cəbhədə ona "brend" Razi də deyirdilər....".
Professor daha sonra yazır: "Adamın Rafiq Daşdəmirliyə yazığı gəlir. Vaxtilə mənim bir elmi rəhbərim var idi. O, "Adın nədir? - Daşdəmir - Yumşalırsan, yumşalır" deyiminə bu məzmunda redaktə etmişdi: "Adın nədir? Daşdəmir- Yumuşalırsan, kak xəmir". İndi bu yazıq o qədər yumşalıb ki, hətta kütə gedir. Ya elə götürək bu Rafael Becanovu. Bu adam XX əsrdə Cəbhədən çıxıb. İndi guya AXCP-dən yeni çıxan birisi kimi bunu gətirib Razinin yanında oturtmaq bir az utanmazlıq əlamətidir".
Statusunun sonunda şair Vəli Xramçaylıya "ilişməyi" də unutmayan Cəmil Həsənli "yüksək tərbiyyəsini" bir daha nümayiş etdirib: "Onu Cəbhə QKÇP-çiləri sərgisində görəndə, xeyli güldüm və öz-özümə dedim ki, bu işin bircə Moşusu çatışmırdı. Şair Moşusu".
Təbii ki, siyasi mübarizədə rəqiblərin bir-birinə qarşı arqumentlərlə mübarizə aparması, söz müharibəsinə çıxması normal və təbii haldır. Amma bütün hallarda bu mübarizə formasında əxlaqdan kənara çıxmalar, hətta kimlərinsə açıq-açkar təhqir olunması yolverilməzdir. Bunu edən hansısa təhsilsiz AXCP fəalı etsəydi, üzərindən sakitliklə keçmək də olardı. Amma bütün bunları hansısa uşaq yox, adının qarşısına "professor" titulu yazılan biri edirsə, bax, bu, əsl faciədir. Biz bunun adını "Cəmil Həsənli faciəsi" qoyuruq, Allah betərindən saxlasın.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22