Əli Kərimliyə seçkiqabağı şok zərbə
12:03 27-08-2015
CƏMİYYƏT
Əli Kərimliyə seçkiqabağı şok zərbə
Parlament seçkiləri ərəfəsində AXCP labüd iflasın bir addımlığında...
Qarşıdan gələn parlament seçkiləri siyasi qüvvələrdən, toparlanmağı, güclərini səfərbər etməyi tələb edir. Elə Azərbaycandakı siyasi partiyalar da hazırda məhz bu işlə məşğuldur. Amma Əli Kərimliyə vurulan öldürücü zərbə təkcə AXCP-ni bu seçki hazırlığından kənarda saxlayıb. İndi adıçəkilən partiya rəhbərliyinin başı daxili qovğalara, kütləvi istefalarla müşayiət olunan dağılma prosesinin qarşısını almağa qarışıb.
AXCP-dən istefalar davam edir. İstefa verənlərin böyük əksəriyyəti isə gənclərdi və onlar sabiq sədr müavini Razi Nurullayevin rəhbərliyi ilə yaradılmış AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə daxil olurlar. Verilən məlumatlara görə, AXCP Nərimanov şöbəsinin Məclis sədri Rüfət Əliyev partiyadan istefa verib. Rüfət Əliyevin istefasına səbəb bir müddət öncə, partiya üzvləri Ehtiram Mehdiyev, Cavid Musazadə və Ağaşirin Tanrıverdioğlunun AXCP-dən çıxarılmasına etiraz etməsi olub.
Məlumatda deyilir ki, Rüfət Əliyev Nərimanov rayon şöbəsində bəzi cəbhəçilərin qanunsuz olaraq partiyadan uzaqlaşdırılmasına etiraz olaraq 2 gündür AXCP-dən istefa verib. Baş verənlər AXCP-də ciddi narahatlıq yaradıb. Sədr müavini Fuad Qəhrəmanlının rəhbərliyi ilə qara piar maşını 1 nömrəli hazırlıq vəizyyətinə gətirilib. Lakin partiyadan sızan məlumatlar Əli Kərimli üçün ürəkaçıcı deyil. Məsələ burasındadır ki, Fuad Qəhrəmanlı Əli Kərimliyə sadiq deyil və hər an sədri arxadan vura bilər. Onun Razi Nurullayevin tərəfdarlarına qarşı özünü fəal göstərməsi planının faş olması və nüfuzunun yıpranması ilə bağlıdır. AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, münaqişəşünas Cavid Musazadə deyib ki, hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) müxtəlif qruplaşmaların əlində oyuncağa çevrilib. Onun sözlərinə görə, partiyanı parçalamaq xətti götürən Əli Kərimli müavini Fuad Qəhrəmanlı vasitəsi ilə bu qruplaşmaları idarə edir və maraqları daxilində onları bir-biri ilə savaşdırır. Onun sözlərinə görə, hazırda AXCP partiyadaxili qruplaşmaların savaş meydanına çevrilib. Xüsusilə iki qruplaşma daim bir-biri ilə mübarizə içərisindədir. Partiyada `Üçlər` adlı qruplaşma var. Bura Eldar Hüseynov, Həsən Kərimov, Gözəl Bayramlı daxildir. Digəri isə qrupa isə Fuad Qəhrəmanlı, Mirfeyzulla Seyidov, İbrahim İbrahimli və partiyadan kənar bir sıra adamlar daxildir. Maraqlıdır ki, gənc və perspektivli Əbülfəz Qurbanlını partiyadan birinci qrupa daxil olan şəxslər uzaqlaşdırdılar. Razi Nurullayevin tərəfdarlarına qarşı daha aqressiv mövqe ikinci qrupdan gəldiyindən belə nəticə çıxır ki, hədəfdə elə onlardır. Gələn xəbərlərə görə, Əli Kərimli Fuad Qəhrəmanlıya inanmır, daha çox veteran cəbhəçilərə etimad göstərir. AXCP-də baş qaldırmış narazılıq bitəndən sonra Fuad Qəhrəmanlının Əbülfəz Qurbanlı və Razi Nurullayev kimi cəzalandırılacağı gözlənilir. Siyasi təhlilçilərin fikrincə, istefaların əsas səbəbi AXCP-nin avtoritar düşüncə ilə idarə olunması və Əli Kərimlinin sədrlikdən dördəlli yapışmasıdır. Bu gedişlə partiyanın yenilənməsini istəyən gənclərin hamısı AXCP-dən gedəcək, Əli Kərimlinin ətrafında Cəmil Həsənlinin təbirincə desək, XX əsrin 80-ci illərindən qalmış veteran cəbhəçilər qalacaq.
Əli Kərimliyə ən öldürücü zərbə isə Razi Nurullayevin bu günə qədər açıqlamadığı faktları ictimailəşdirməsi olub. Şok effekti verən həmin açıqlamalardan bəzilərinə nəzər salaq: "İnsanın içi göynəyəndə, siyasi biznesi əlindən çıxanda, oynadığı oyunlar alt-üst olanda sərsəmləməyə başlayır. Adına belə dilimi bulaşdırmaq istəmədiyim o şəxs, ən yaxşısı gedib aptekdən dərman alıb atsın. Sərsəmləməyin sonu şizofreniyadır. İstəmirəm ki, o, ağlını itirsin. Hər halda, Allah yaradıb onu da. Allah da ölçüsünü götürsün. Digər tərəfdən, düşünürəm ki, araq içib, dalınca da namaz qılan bir şəxsi Allah da bağışlamaz.
Qoy insanlar bilsin ki, o yalnız siyasi riyakar deyil. Həm də din adına oyunbazdır. Guya namaz qılır. Amma o, doyunca araq içir və səndələyə-səndələyə namaz qılmağa gedir. Qoy buna dinçilər qiymət versinlər. Bunu isə AXCP-də bilməyən yoxdur. Çox gözlədim ki, bunu deməyim. Amma daha dedim. Dinimizə görə o kafirdir. İçkili-içkili namaz qılmaq çox böyük günahdır. Bunu bilən cəbhəçilərə səslənirəm. Siz bilə-bilə yenə Əli Kərimlinin diktəsi ilə bunu danmağa çalışsanız, o zaman Allahdan qorxun. Orada bir nəfər də belə adam var. Onun da adını qoy digərləri açıqlasın. Bizim dostlardan birinə deyərəm, qoy onun da adını o açıqlasın".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22