Azərbaycandan 51 milyon manat çıxarıldı
12:08 27-08-2015
CƏMİYYƏT
Azərbaycandan 51 milyon manat çıxarıldı
Ölkə səhiyyəsinin növbəti absurdu: xəstəliklər artır, bəs tibb işçilərinin sayı niyə azalır?
2014-cü ildə Azərbaycanda 1 milyon 853 min nəfər xəstələnib. Bu, əvvəlki ildəkindən 6,5% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Rəsmi rəqəmlərə görə, 2015-ci ildə ölkədə hər 10 000 nəfərdən 1968 nəfər xəstələnib. Bu, 2013-cü ildəkindən 5,2% çoxdur. Nəfəs yolları (10 min nəfərə 787,2), həzm yolu (161,8) və ürək-damar xəstəlikləri (149,2) daha çox yayılıb.
Dövlət Statistika Komsitəsinin məlumatına görə, 2014-cü ildə 169 811 Azərbaycan vətəndaşı xaricə müalicəyə gedib. Rəsmi məlumata görə, bu məqsədlə 52 milyon manat xərclənib. Azərbaycanlılar müalicə üçün İrana daha çox gedir. Ötən il bu ölkənin klinikalarına 96,6 min azərbaycanlı müraciət edib. Keçən il ölkədə həkimlərin sayı 400 nəfər artaraq 32,8 minə çatıb. Amma 2014-cü ildə 10 min nəfərə 34,6 həkim düşüb. Bu, ötən il əvvəlindəkindən 0,1 % azdır. Orta tibbi heyəti işçilərinin sayı (56,1 min nəfər) 2014-cü ildə 800 nəfər azalıb.
Ötən il tibb müəssisələrinin sayı 13 vahid artıb və 566-a çatıb. Müqayisə üçün qeyd edək ki, 1993-cü ildə Azərbaycanda 776 xəstəxana olub. 2014-cü ildə iki ambulator-poliklinika istismara verilib. Bu ilin yanvarın 1-ə olan vəziyyətə görə, ölkədə 1746 ambulatoriya və poliklinika var, 1993-cü ildə də təxminən o qədər olub (1749).
Qeyd edək ki, səhiyyə Azərbaycanda ən az ödənişli fəaliyyət sahəsidir. Ölkədə səhiyyə rəsmən pulsuzdur. Ancaq bu kağız üzərində belədir. Reallıqda isə Azərbaycanda müayinə və müalicələrin, həmçinin cərrahiyə əməliyyatlarnın hər birinin öz qeyri-formal qiyməti var.
2013-cü ilin nəticələrinə görə, səhiyyə işçilərinin orta aylıq əmək haqqı 181,8 manat təşkil edib, bu da ölkə üzrə orta aylıq əmək haqqından 2,5 dəfə azdır. Yuxarıdakı rəqəmlərdən ikisi ilə bağlı isə xüsusi danışmağa ehtiyac var. Bunlardan birinin təkcə ötən il ölkədə 160 mindən çox vətəndaşın müayinə və müalicə üçün xaricə üz tutması, rəsmi rəqəmlərə görə isə əcnəbi ölkələrdə müayinə və müalicəyə vətəndaşlarımızın 52 milyon manatdan artıq vəsait xərcləməsidir. Oqtay Şirəliyev və onun rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin digər rəsmiləri həmişə deyirlər ki, guya azərbaycanlıların yerli səhiyyə sisteminə etimad göstərmədiyi barədə fikirlər həqiqəti əks etdirmir. Amma Dövlət Statistika Komitəsinin rəqəmləri bunun əksini söyləyir. Aydın görünür ki, Azərbaycanda yerli həkimlərə inam çox aşağıdır, buna görə isə on milyonlarla manatımız xarici həkimlərin cibinə gedir. Heç şübhə yoxdur ki, bunun məsuliyyəti birbaşa Səhiyyə Nazirliyinin üzərindədir.
İkinci maraqlı məqam: rəsmi statistika göstərir ki, ölkədə xəstəliklər ilbəil artır, əvəzində isə tibb bacılarının sayı azalır. Görəsən, belə absurd və təzadlı durumu Şirəliyevin nazirliyinin yetkililəri nə ilə izah edirlər?!
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54
2024-11-25 14:12:12
2024-11-25 14:04:40
2024-11-25 13:03:15
2024-11-25 12:58:27