Sabirabad rayonunda ağır yol qəzası baş verib. 

Rayonun Qaratuğay kəndində "Fiat Albea" markalı, 10 10 TG 790 dövlət qeydiyyat nişanlı minik avtomobili maneəyə çırpılıb. Nəticədə avtomobildə olan şəxslərdən 38 yaşlı kişi hadisə yerində vəfat edib. 34 və 33 yaşlı iki kişi isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.