İstanbuldakı Atatürk hava limanında terror aktının törədilməsində şübhəli bilinərək saxlanılan azərbaycanlının adı açıqlandı.
Türkiyə mediası xəbər verir ki, o, Azərbaycan vətəndaşı Elçin Bünyadovdur.
Daha öncə verilən məlumata görə, Türkiyədə Atatürk aeroportunda törədilən terror aktında şübhəli bilinən 13 xarici vətəndaş saxlanılıb. Onunla bərabər daha 12 nəfər - Rıza Coşqun, Ləvənt Uysal, Yasin Bilgin, Nüsrət Çağlar, Anzor Davitiani, Artur Tengizov, Doğan Dəyərli, Salman Salış, Fatih Öztürk, Ümit Çırakoğlu, Zülküfrlü Polat, Hacı Çakayev "Silahlı terror təşkilatına üzv olma", "Ölüm cinayətinin təşkil edilməsi maddələri" ilə ittiham olunurlar.
İyunun 28-də Atatürk aeroportunda törədilən terror aktı nəticəsində 45 nəfər ölüb. İlkin məlumata görə, terror aktının arxasında "İslam Dövləti (İŞİD) terror təşkilatı durur.