Xəbər verdiyimiz kimi, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, döyüş hazırlığı, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu, sosial-məişət şəraiti ilə maraqlanıblar.
Müdafiə naziri əməliyyat şəraiti ilə yaxından tanış olub.
Unikal.org xəbər verir ki, sonda əsgərlərlə nahar edilib, ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla çay süfrəsi arxasında söhbət aparılıb.
Sözügedən nahar zamanı nazir və müavinin əsgərlərlə dolma yeməsi maraqla qarşılanıb.
Sözügedən nahardan əldə etdiyimiz fotoları sizlərə təqdim edirik.