Hindistan hava yollarına məxsus sərnişin təyyarəsi Bakıda təcili eniş edib.
Unikal.org anspress-ə istinadən verdiyi məlumata görə, təyyarə London- Mumbay reysini həyata keçirib.
"Air İndia" şirkətinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava limanı ərazisində məcburi eniş edib.
"Boeing 787 Dreamliner" təyyarəsinin göyərtəsində 200-dən çox insan olub. Hadisə ötən gün axşam saat 22 radələrində baş verib.
Təcili enişin texniki nasazlıqla bağlı olduğu deyilib. Sərnişinləri aparmaq üçün Hindistandan başqa təyyarə göndərilib. Onlar təhlükəsiz şəraitdə səyahətlərini başa vura biliblər.
Bənzər hadisə bu ilin yanvar ayında da baş vermişdi. Londondan Hindistana uçan "Boeing Dreamliner (B-787)" tipli "Mumbai-Bound Air" təyyarəsi Bakının Heydər Əliyev Hava limanında eniş edib.
ANS PRESS-in məlumatına görə, göyərtəsində 299 nəfərin olduğu təyyarənin təcili Heydər Əliyev Hava limanında enməsinə səbəb göyərtədə bir sərnişinin vəziyyətinin pisləşməsi olub.
"Air India" aviaşirkətinə məxsus təyyarə bir gün sonra Mumbaya uçub.Vəziyyəti pisləşən sərnişin isə keçinib.