Xəzər TV-nin keçmiş aparıcısı, ASAN radionun əməkdaşı Cəlalə Nəzəroğlu Facebook sosial şəbəkəsində "Fresko Supermarketindən şikayətlənib.
Unikal.org-un məlumatına görə, aparıcı mağazadan aldığı çörəyin içindən konfet kağızının cıxdığını deyib: ""Fresko market, artıq səbir kasamı daşırdınız!!! (Yasamal bazarının yanındakı). Şənbə günü təndir çörəyinin içindən konfet kağızı çıxdı, apardım, təsdiqlədilər.

Aparıcı adıçəkilən marketdə irad bildirmək üçün əlaqə telefonlarına cavab verilmədiyini də bildirib: "Əgər baş ofisin telefonuna bir bəni-insan cavab versəydi, bu mövzu sosiallaşmazdı. Şirkətin telefonuna cavab vermək üçün birinə 300 manat versəniz, kifayətdir. Mahşallah, bu qədər pul qazanırsınız. Müştərinin mədəsi zibilliik deyil!.