Avropa Komissiyası bu il Türkiyə ilə viza rejimini ləğv etməyəcək.
"Reuters"in verdiyi xəbərə görə, Avropa İttifaqının rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə komissarı Günter Öttinger Türkiyədə hərbi çevrilişə cəhddən sonra başlayan həbs və işdən çıxarılma dalğası ilə əlaqədar ölkəyə bu il vizasız səyahət haqqı veriləcəyini təxmin etmədiyini deyib. O bildirib ki, Türkiyə hökuməti Brüssel tərəfindən müəyyənləşdirilən şərtləri yerinə yetirməlidir: "Qanunun aliliyi təmin olunmalıdır. Hazırda biz bunu müşahidə etmirik". (APA)
G. Öttinger bu yaxınlarda Türkiyədə millət vəkilliyi toxunulmazlığının ləğv olunmasını və çevriliş cəhdindən sonra aparılan təmizləmələri tənqid edərək bəyan edib ki, bu, müxalif partiyaların, azadlıqların sıxışdırılmasına yönəlib: "Dövlət bir anda minlərlə hakimdən imtina edə bilməz. Məhkəmələrin müstəqilliyi əsas elementdir".