Şəmkir rayon sakininin Balakəndəki evindən partladıcı qurğu tapılıb.
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kəndində yaşayan Şəmkir rayon sakini Natiq Alıyevin evinə baxış zamanı "PZU-5M markalı partladıcı qurğu (generator) aşkarlanıb. Bundan başqa Qaysa kənd sakini Məhəmməd Gəncəyevdən isə müvafiq sənədləri olmayan yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.