Saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərmiş şəxslərdə heroin aşkar edilib.
Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, iyulun 28-də saat 06 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki internet klublardan birinə girmiş naməlum şəxs orada xəzinədar işləyən İlkin Nəzərəliyevi yumruqla vurub və bıçaqla hədələyərək oradan 99 manat pul aparıb.
Həmin şəxs ərazidə xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən bıçaqla müqavimət göstərib.
Buna baxmayaraq, Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxs tutularaq 13-cü PB-yə təhvil verilib.
Araşdırmalar zamanı onun Sumqayıt şəhər sakini Qüdrət Həsənov olması müəyyən edilib. Üzərinə baxış zamanı 99 manat pul, 1 ədəd bıçaq və 1,517 qram heroin aşkar edilərək götürülüb.