İtaliyada baş verən 6.2 ballıq zəlzələdə dağıntılar altında qalan 10 yaşlı qız 17 saatlıq əməliyyatdan sonra yanğınsöndürən əməkdaşları tərəfindən sağ çıxarılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, dağıntılar altında 17 saat ac və susuz qalan 10 yaşlı qız xəstəxanaya çatdırılıb. Həkimlər bildiriblər ki, dağıntılar altında qalan qızcığaz hər hansı bir xəsarət almayıb və həyatı təhlükəsi yoxdur.
Artıq Avropa mətbuatının üz manşeti olub.
Qeyd edək ki, İtaliyada dünən baş verən 6.2 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 247 nəfərə çatıb.
Artıq günlər keçdikcə xilas etmə əməliyyatlarında dağıntılar altında sağ qalan insanlara ümidlər azalır.