Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Bakının Nəsimi rayonunda vətəndaşa məxsus "Porsche markalı minik avtomobilinin arxa sol qapısı və təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.