Və ya doqquzmərtəbəli evin onuncu mərtəbəsi...
Bakıda çoxmərtəbəli evin damında ekstrim sevgi macərasi yaşanıb.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, Bakıda iki nəfərin ekstrim sevgi hissi yaşamaq istəyi onları təhlükəli addım atmağa sövq edib. Belə ki, gənc oğlan və qız paytaxtın Nizami rayonu Qara Qarayev prospektində, metronun "Koroğlu" stansiyasının üzərindəki yol qovşağının yaxınlığındakı binalardan birinin damına çıxaraq məhəbbətlərini bölüşməyə çalışıblar.
Əvvəlcə qucaqlaşıb öpüşən sevgililər daha sonra doqquzmərtəbəli binanın damının lap kənarında ayaqlarını sallayaraq xeyli söhbət ediblər.
Bir müddət beləcə həzz yaşayan cütlük daha sonra heç nə olmamış kimi rahatca damdan aşağı enib.
Həmin videonu təqdim edirik.