Rusiyada bir qrup gənc əyləncə xətrinə dostlarından ikisini yandırıb gölə atıb.
Unikal.org publika.az-a istinadən bildirir ki, hadisə Rusiyanın Penza şəhərində baş verib. Gənclər sosial şəbəkədə diqqət çəkmək üçün əvvəlcə hündür körpüyə çıxıb və dostlarının kurtkasına benzin töküb yandırıblar. Daha sonra odu söndürmək üçün oğlanlar dərhal gölə tullanıb.
Gənclərin bir qrupu baş verənləri aşağıdan, digər qrup isə körpüdən telefona çəkiblər. Videodan görünür ki, gənclər dostlarının özünü təhlükəyə atmasından böyük zövq alıb. Xoşbəxtlikdən hər iki oğlan sudan islanmış vəziyyətdə sağ-salamat çıxıb.
Maraqlıdır ki, oğlanlar sudan çıxdıqdan sonra hərəkətlərini adrenalin məqsədi ilə deyil, sosial şəbəkədə daha çox "like" toplamaq üçün etdiyini bildirib. Hadisədən xəbər tutan polislər gəncləri həbs edib və onlara belə videolar çəkməyi qadağan edib.