Türkiyədə yaşayan azərbaycanlı model Könül Əziz növbəti fotosessiyasını təqdim edib.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, modelin yeni fotosessiyası Bakıya həsr olunub.
"Gəl ey səhər adlı foto-layihəsindən bəhs edən K.Əziz maraqlı görüntülərin ortaya çıxdığını bildirib:
"Bu şəkilləri yüksək bir binanın üstündə, səhər saat 5-də çəkdirmişəm. Çəkiliş günü hava çox küləkli idi. Hətta çəkilişi dayandırmaq da istəyirdik. Amma mən riski sevdiyimə görə bu addımı atmadım. Yüksəklikdə şəkil çəkdirmək həqiqətən çox riskli və həyəcanlı idi. Bu layihəni Bakıya həsr etməyim isə əbəs yerə deyil. İllərdir Türkiyədə yaşayıram, burada Bakı üçün darıxıram. Həyatımın ən özəl illərini Azərbaycanda keçirmişəm.